Bu gün, 16:57- Yenilənmiş “Yaban Neftçibaza” sizi gözləyir! - 50% endirim - VİDEO
Bu gün, 15:45- Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var: işçiləri necə istismar edir...
Bu gün, 13:18- ƏMRULLAYEV RÜŞVƏTXORLARA `STAVKA` EDİR: Boğaza qədər çirkabın içində olsan da olar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24- Gədəbəyin icra hakimiyyətinin vəzifəli şəxsi qazini döyüb?- “Lexus”a minib, qaçdı…..-VİDEO
Bu gün, 10:44- Qazaxın da icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...
Bu gün, 09:56- "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR?
Dünən, 20:04- Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsər
Dünən, 11:00- Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu
Dünən, 10:00- Abşeron rayonunda yaşıl ağacların kəsilməsini hansı məmur icazə verib?
Dünən, 09:00- Bu gün Azərbaycanda Diplomatiya Günüdür
8-07-2025, 11:00- Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
8-07-2025, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
8-07-2025, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət
7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
7-07-2025, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
7-07-2025, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
7-07-2025, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
7-07-2025, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
7-07-2025, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
7-07-2025, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Reklam haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsi hazırlayıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib.
Qurum bəyan edib ki, apardığı monitorinqlər çərçivəsində sosial şəbəkələr də daxil olmaqla internet informasiya ehtiyatlarında reklam qanunvericiliyinin pozulması halları aşkar edib. “Reklam haqqında” qanuna əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Mövcud qanunvericiliyə əsasən reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti həyata keçirmək Dövlət Xidmətinin vəzifələrindən biridir.
Sözügedən vəzifənin icrası çərçivəsində Dövlət Xidməti mütəmadi monitorinqlər aparır, həmçinin hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə baxır. Aparılan monitorinqlər reklam subyektlərinin yayımladığı reklamlarda qanunvericiliyin tələblərinə tam əməl edilməməsi hallarının olduğunu göstərir. Aşkar olunan halların araşdırılması zamanı reklam subyektlərinin pozuntu əlamətlərinə daha çox sosial şəbəkələr də daxil olmaqla, internet informasiya ehtiyatlarında yayımlanan reklamlarda (yəni reklam bannerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) yol verdiyi müəyyən edilib.
Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Dövlət Xidməti rəqəmsal platformalarda reklam fəaliyyətinin tənzimlənməsi barədə beynəlxalq təcrübəni (Fransa, Türkiyə, Rusiya, Avropa İttifaqı, Birləşmiş Krallıq) araşdırıb və bu kimi halların aradan qaldırılması üçün “Reklam haqqında” qanunda dəyişiklik layihəsi hazırlanıb. Həmin layihəyə əsasən, qanunvericiliyə yeni anlayışların daxil edilməsi, bir sıra normalara müvafiq dəyişikliklərin edilməsi, habelə internet informasiya ehtiyatlarında yayımlanan reklamların xüsusiyyətlərinin tənzimlənməsi üçün müvafiq normaların əlavə edilməsi nəzərdə tutulur.