Dünən, 20:04- Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsər
Dünən, 11:00- Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu
Dünən, 10:00- Abşeron rayonunda yaşıl ağacların kəsilməsini hansı məmur icazə verib?
Dünən, 09:00- Bu gün Azərbaycanda Diplomatiya Günüdür
8-07-2025, 11:00- Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
8-07-2025, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
8-07-2025, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət
7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
7-07-2025, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
7-07-2025, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
7-07-2025, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
7-07-2025, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
7-07-2025, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
7-07-2025, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
7-07-2025, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Aygün Bünyadzadə “Uşaqlar qarşısında xidmətlər üçün” BMT-nin və Polşanın beynəlxalq “Təbəssüm Ordeni” kavaleri, AYB-nın “ən yaxşı uşaq əsərlərinə görə” Tofiq Mahmud adına mükafatın laureatıdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində (Baku International Book Fair 2023) Sputnik Azərbaycan-ın əməkdaşı, uşaq yazıçısı Aygün Bünyadzadənin imza saatı keçirilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Aygün Bünyadzadə noyabrın 12-də sərgidə keçirilən imza saatına "Təhsil” nəşriyyatında işıq üzü görən üç yeni kitabı ilə qatılıb. Müəllifin yazdığı "Küçüklərin macəraları”, “Meymunun həkimliyi” və rus dilindən tərcümə etdiyi “Pulçinellanın qaçışı” (müəllif: Canni Rodari) kitabları kiçik oxucuların böyük marağına səbəb olub. Sərgidə həmçinin Aygün Bünyadzadənin “Bir damla su” və “Karuseldəki at” nağıllarının yer aldığı Rusiyada dərc olunan “MDB dövlətlərinin bu günkü ədəbiyyatı” seriyasının “uşaq ədəbiyyatı” kitabı da nümayiş olunub.
Məlumat üçün bildirək ki, Aygün Bünyadzadə uşaq ədibi kimi fəaliyyətinə 2000-ci ildən başlayıb. O, çoxsaylı nağıl, nağıl-povest və nağıl-pyeslərin müəllifidir. Aygün Bünyadzadə, həmçinin dünya xalqlarının nağıl və əfsanələrini alman, türk və rus dillərindən ana dilimizə dilimizə tərcümə edib.
Onu da bildirək ki, Aygün Bünyadzadə “Uşaqlar qarşısında xidmətlər üçün” BMT-nin və Polşanın beynəlxalq “Təbəssüm Ordeni” kavaleri, AYB-nın “ən yaxşı uşaq əsərlərinə görə” Tofiq Mahmud adına mükafatın laureatıdır. Uşaq yazarı Aygün Bünyadzadənin təltif edildiyi BMT-nin və Polşanın “Beynəlxalq Təbəssüm Ordeni” ilə dünya uşaq ədəbiyyatının nəhəngləri – Astrid Lindqren, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, Aqniya Barto və digərləri də təltif ediliblər.
A. Bünyadzadə ilə yanaşı bu mükafata Roma Papası Fransisk, İsveç kraliçası Silviya, tanınmış rejissor Stiven Spilberq, sonuncu İran şahının həyat yoldaşı Fərəh Pəhləvi və digər məşhur şəxslər də layiq layiq görülüb. Maraqlıdır ki, A.Bünyadzadə Şərqdə Fərəh Pəhləvidən sonra bu mükafatı alan ikinci qadındır.
Onu da əlavə edək ki, bu orden 1968-ci ildə Polşada təsis olub. “Təbəssüm” ordeni 1979-da BMT tərəfindən qəbul olunub. Bu mükafatın fərqi odur ki, uşaqların arzusu ilə ən yaxın dostu olan böyüklərə verilir.