Dünən, 20:04- Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsər
Dünən, 11:00- Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu
Dünən, 10:00- Abşeron rayonunda yaşıl ağacların kəsilməsini hansı məmur icazə verib?
Dünən, 09:00- Bu gün Azərbaycanda Diplomatiya Günüdür
8-07-2025, 11:00- Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
8-07-2025, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
8-07-2025, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət
7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
7-07-2025, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
7-07-2025, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
7-07-2025, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
7-07-2025, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
7-07-2025, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
7-07-2025, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
7-07-2025, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Maliyyə Nazirliyinin açıqladığı ”2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda bildirilib ki, sərnişin və yük daşınması sahəsi üzrə vergilər dəyişəcək.
Belə ki, gələn il həyata keçiriləcək vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi tədbirləri çərçivəsində sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksi xidmətində gedişhaqlarının bahalaşması gündəmdə deyil.
"Bu gün yükdaşımalarda xaos var. Qanunvericilikdə də bununla bağlı boşluqlar var idi. Lakin "Avtomobil nəqliyyatı haqqında qanun"la bunu tənzimlədilər. Taksilərdə isə standart vergi ödənişi tətbiq olunur.
Ancaq taksi operatorlarının vergiyə cəlb edilməsində boşluqlar var idi. Vergi tənzimlənmələri də onlarla bağlı olacaq. Çünki bu günə qədər bəzi taksi şirkətləri, xüsusən taksi operatorları əlavə dəyər vergisini sərnişinlərin ödədiyi məbləğlərdən çıxırdılar. Bununla bağlı sərnişinlərin dəfələrlə şikayəti olub. Bu məsələlərin tənzimlənməsinə ehtiyac var.
Bundan başqa, ölkədə qanunsuz sərnişindaşıma və yükdaşıma ilə məşğul olanlar var. Onlara qarşı nəzarət gücləndiriləcək və vergiyə cəlb ediləcəklər. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müvafiq qurumlara müraciət ünvanlayıb".
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, hazırda qüvvədə olan qanuna əsasən, yük daşımaları və taksi fəaliyyəti üzrə vergi sabitdir:
"Yeni layihədə isə vergi müəyyən meyarlara əsasən dəyişəcək".
Onun fikrincə, yeni qayda qüvvəyə minəndən sonra yük daşımalarında və xüsusilə taksi xidmətində ödənilən vergilər artacaq.