Anons

Dünən, 16:09- Ali Məhkəmənin hakimi intihar etdi

Dünən, 15:51- Prezident onları təltif etdi - Siyahı

Dünən, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Dünən, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Dünən, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Dünən, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

26-04-2024, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

26-04-2024, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

26-04-2024, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

26-04-2024, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

26-04-2024, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

26-04-2024, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

26-04-2024, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

26-04-2024, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

26-04-2024, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Azərbaycanda balıqçlar yeni təşkilatda birləşdilər

Tarix:9-06-2021, 12:51

Azərbaycanda balıqçlar yeni təşkilatda birləşdilər Azərbaycan, Xəzəryanı ölkə olmaqla böyük balıqçılıq tarixinə sahibdir, lakin müstəqilliyimizin ilk illərində müşahidə edilən hədsiz ovlama, brakonyer özbaşınalığı ilə neft hasilatı ilə qabaran ekoloji problemlərin kəskinləşməsi səbəblərindən Xəzər dənizinin balıq ehtiyyatları tarixi minimum səviyyəsinə çatmaqdadır. Belə olan halda dəniz məhsullarına olan tələbatı qarşılamaq üçün akvakulturanın önəmi artmaqdadır. Təsadüfi deyil ki, son 15-20 ildə dünyada əmtəə akvakulturasının həcmi artmaqdadır və son məlumatlara əsasən, əmtəə balıq bazarının 47%-ni təşkil edir.

Yeni yaradılan Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası (ABİEA) ölkədə cuzi inkişaf etmiş balıqyetişdirmə sektorunun inkişafına xidmət edəcək fəaliyyətləri gündəmdə saxlanacağını bildirir.

“Hazırda respublikamızda əmtəə balıqçılığı (akvakultura) ilə məşğul olan orta və kiçik fermer təsərrüfatları mövcuddur ki, onların fəaliyyəti olduqca pərakəndə və bəzi hallarda primitiv xarakter daşıyır. Nəticədə bu təsərrüfatlarda yetişdirilən balıqların növü, akvakultura sahəsinin istiqaməti, istehsal olunan məhsulun həcmi və bu sahəyə dair digər məlumatların məhdudluğu yaranır. Bu da öz növbəsində Respublikada akvakultura sahəsinin inkişaf dinamikasının, habelə statistik məlumatların öyrənilməsində ciddi problemlər yaradır. Son zamanlar ölkədə yeni industrial texnologiyaların tədbiq edildiyi iri həcmli, müxtəlif növ balıqların (nərəkimilər, forel, çəkikimilər və s.) yetişdiriləcəyi müəssisələr layihələndirilir və inşa edilir. Bu müəssisələrdə tonlarla qara kürü və min tonlarla balıq istehsalı nəzərdə tutulur, bu da qeyd olunan problemlərin daha da qabarmasına səbəb ola bilər. Vəziyətin tənzimlənməsi üçün akvakultura sahəsində çalışan müxtəlif təyinatlı təsərrüfatların, müəssisələrin, zavodların fəaliyətinin əlaqələndirilməsi, onların müxtəlif dövlət orqanlarında təmsil olunması, xarici əlaqələrin qurulması, müxtəlif çeşidli bioloji materialların mübadiləsi, ixtisaslı mütəxəsislərin hazırlanması və digər məsələlərin həll edilməsi üçün bu müəssisələri birləşdirən müvafiq qurumun təşkil edilməsi zərurəti yarandığından Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası (ABİEA) təsis edilib”,-deyə təşkilatdan Modern.az-a bildirlib.

ABİEA-nın əsas məqsədi Azərbaycanda balıqçılığın inkişafına dəstək olmaqdan ibarətdir.

Qurumun ilkin araşdırmalarına görə, respublikada 700-dən artıq balıqçılıq təsərrüfatı subyekti akvakultura fəaliyyəti ilə məşğul olur. İri, orta və kiçik təsərrüfat subyektlərindən ibarət olan bu müəssisələri yetişdirdikləri balıq növlərinə görə 3 kateqoriyaya ayırmaq olar. Bunlar nərəkimi balıq növlərinin yetişdirilməsi üzrə ixtisaslaşan və ümumi sayın 5%-ini təşkil edən təsərrüfatlar, 10% civarında olan forel təsərrüfatları və nəhayət əksəriyyət (85%) təşkil edən çəkikimi balıq növlərinin yetişdirildiyi təsərrüfatlardır.

Hazırda Azərbaycanın müxtəlif bölgələrində balıq artırılması, yetişdirilməsi və ilkin emalı ilə məşğul olan 13 şirkət ABİEA-nın üzvlüyünə qəbul edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...