Anons

Bu gün, 15:41- Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Bu gün, 15:22- Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bu gün, 14:54- BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Bu gün, 14:23- Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır... - İTTİHAM VAR...

Bu gün, 13:59- Şəkidə Şəhid anası bu evdə yaşayır... - FOTO, MÜRACİƏT

Bu gün, 13:07- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır?

Bu gün, 12:37- Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllimdən İTTİHAM

Bu gün, 11:48- Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var? - FOTOFAKT

Bu gün, 10:55- Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:24- "İnsan həyatına yox, ticarətə üstünlük verirlər..." - ÖZBAŞINALIQ!

Bu gün, 09:38- "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...

Bu gün, 09:08- "Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciə olundu

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Haqqımızda Əlaqə

Azərbaycanda hərbi xidmətə çağırış başladı

Tarix:1-01-2021, 10:42

Azərbaycanda hərbi xidmətə çağırış başladı
Prezident İlham Əliyevin dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bununla əlaqədar çağırışçılara müraciətində qeyd olunub: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı 44 günlük müharibə ərzində azad etməklə möhtəşəm zəfər tarixi yazdı. 2021-ci ilin yanvarından etibarən Siz qalib Silahlı Qüvvələrimizdə müddətli həqiqi hərbi xidmətə başlamaqla şərəfli Azərbaycan əsgəri kimi Vətən qarşısında borcunuzu yerinə yetirəcəksiniz.

Əlavə olaraq bildiririk ki, Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcək. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməyiniz zəruridir.

Çağırışçılardan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə, xüsusi karantin rejiminin tələblərinə və sanitar-gigiyena qaydalarına riayət etmək xahiş olunur”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...