Anons

Bu gün, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

Bu gün, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Bu gün, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Bu gün, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

Dünən, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dünən, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

Dünən, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

Dünən, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

Dünən, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Dünən, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

Dünən, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Dünən, 12:34- “Maşınqayırma” kollecini bitirib, Bakı Sağlamlıq Mərkəzində cərrahlıq edir... - İTTİHAM VAR...

Dünən, 11:23- Ağdamda meydan sulayan məmur KİMDİR? - Prezidentə müraciət olundu

Dünən, 10:53- Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...

Dünən, 10:18- Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Dünən, 10:00- Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Dünən, 09:35- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Dünən, 09:11- Dövlət Su Ehtiyatları Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR...

Dünən, 00:17- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

9-05-2024, 13:38- Şəmkir sakini əlillik dərəcəsi ala bilmir - GİLEY

Haqqımızda Əlaqə

Dezinfeksiya vasitələrindən istifadə edərkən ehtiyatlı olun - Nazirlikdən xəbərdarlıq

Tarix:28-12-2020, 12:57

Dezinfeksiya vasitələrindən istifadə edərkən ehtiyatlı olun - Nazirlikdən xəbərdarlıq Dezinfeksiyaedici vasitədən istifadə edilərkən ilk növbədə həmin vasitənin istehsalçısı tərəfindən tərtib edilən təlimatlara əməl edilməsinin vacibdir.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev deyib.

O bildirib ki, xəstələrin olduqları yerlərdən xəstəxanalara aparıldıqları bütün hallarda həyata keçirilən tamamlayıcı dezinfeksiya aparılan müddətdə və dezinfeksiya başa çatdırıldıqdan sonra dezinfeksiyaedici vasitənin təlimatına uyğun olaraq müəyyənləşdirilən müddət ərzində (bu müddət barədə dezinfeksiyanı həyata keçirən qrupun rəhbəri tərəfindən qapalı məkanın cavabdeh şəxsinə xəbərdarlıq edilməlidir) dezinfeksiya edilən qapalı məkanda dezinfeksiyanı aparanlardan savayı digər şəxslərin olmasına yol verilmir: "Məqsəd, qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən insanların sağlamlığının mühafizəsinin təmin olunmasıdır.

Xüsusən çiləmə, püskürtmə üsulları ilə aparılan tamamlayıcı dezinfeksiya zamanı yaranan kiçik damlaların tərkibində olan aktiv maddə məsələn, xlor təsirindən gözlərin zədələnməsi, tənəffüs yollarının, dərinin qıcıqlandırılması kimi sağlamlıq problemləri baş verə bilər. Ümumilikdə isə dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi hər bir dezinfeksiyaedicinin tərkibində olan aktiv maddənin toksiklik dərəcəsindən, qatılığından (konsentrasiyasından) asılı ola bilər".

Qurum rəsmisi bildirib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan dezinfeksiya xidməti tərəfindən şəxsi mənzillər və yaşayış binalarının xəstələrin xəstəxanalara aparılmasından sonra tamamlayıcı dezinfeksiya edilir: "Şəxsi mənzillərdə və yaşayış binalarında yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə bağlanmış müqavilələr üzrə ödənişli əsasda profilaktik dezinfeksiya işləri aparıla bilər. Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan, müasir tələblər səviyyəsində təchiz olunmuş dezinfeksiya xidməti tərəfindən COVID-19 infeksiyasının yayılmasına qarşı effektiv mübarizə məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında ölkənin demək olar ki, bütün təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilmişdir".

V.Abdullayev bildirib ki, xəstələrin evdə qalması halında, yaxud profilaktik məqsədlə dezinfeksiya zamanı təmizlik işlərinin aparılması qaydalarına və prinsiplərinə ciddi əməl edilməli, ilk növbədə otaqda olan bütün əşyaların səthləri sabunlu yaxud yuyucu vasitəli su ilə təmizləndikdən sonra dezinfeksiyaedici məhlulla isladılmış təmiz əski ilə silinməklə dezinfeksiya olunmalıdır: "COVID-19 infeksiyası törədicilərinə qarşı mübarizədə səthlərin cari dezinfeksiyasının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə natrium hipoxloritin 0,1 %-li məhlulundan və 70-90 %-li spirtdən istifadə edilməsi məqbul hesab olunur. Məişətdə istifadə üçün nəzərdə tutulan və ticarət müəssisələrində satılan xlor tərkibli vasitələrdən də istifadə edilməsi məqsədəuyğundur. Cari dezinfeksiyanın aparılması zamanı maska və əlcəkdən istifadə olunmalı, ağız, burun, üz və dəri səthinə toxunulmamalıdır".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...