Anons

Dünən, 16:09- Ali Məhkəmənin hakimi intihar etdi

Dünən, 15:51- Prezident onları təltif etdi - Siyahı

Dünən, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Dünən, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Dünən, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Dünən, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

26-04-2024, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

26-04-2024, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

26-04-2024, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

26-04-2024, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

26-04-2024, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

26-04-2024, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

26-04-2024, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

26-04-2024, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

26-04-2024, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

“Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)

Tarix:17-12-2020, 16:00

“Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO) Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonundan xüsusi reportaj yayımlayıb.

Kanalın Kəlbəcərə ezam olunmuş müxbiri Osman Girgin reportajın əvvəlində xatırladıb ki, Ermənistanın hücumları nəticəsində 1993-cü ildə Kəlbəcərin sakinləri olan azərbaycanlılar şaxtalı havada bu bölgənin cığırları ilə üç gün ərzində ayaqyalın yol gedib, öz torpaqlarında köçkün olublar. Reportajda həmin dəhşətli anları əks etdirən kadrlar da nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin 27 il işğal altında saxladığı bu bölgədə törədilən dağıntıların, yanğınların izləri hər yerdə var.

Kadrlardan aydın görünür ki, qəsbkar ermənilər bölgəni tərk etmək məcburiyyətində qalanda belə yenidən vandalizm aktları törədərək evləri yandırıb, meşələrə, ağaclara qarşı əsl soyqırımı həyata keçiriblər. Hər şey dağıdılıb, məhv edilib. İşğalçılardan sonra burada, sadəcə, divarlar qalıb.

Azərbaycan Ordusunun əsgərlərinin işğaldan azad olunmuş torpaqlarda bir nişanə qoymaq üçün divarlara yazdıqları yazılar da tamaşaçıların diqqətinə çatdırılıb.

Reportajda vurğulanır ki, artıq Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bölgənin təhlükəsizliyi və bu yerlərdə həyatın qurulması üçün əsaslı işlər görülür.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...