Anons

Bu gün, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

Bu gün, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Bu gün, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Bu gün, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

Dünən, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dünən, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

Dünən, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

Dünən, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

Dünən, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Dünən, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

Dünən, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Dünən, 12:34- “Maşınqayırma” kollecini bitirib, Bakı Sağlamlıq Mərkəzində cərrahlıq edir... - İTTİHAM VAR...

Dünən, 11:23- Ağdamda meydan sulayan məmur KİMDİR? - Prezidentə müraciət olundu

Dünən, 10:53- Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...

Dünən, 10:18- Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Dünən, 10:00- Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Dünən, 09:35- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Dünən, 09:11- Dövlət Su Ehtiyatları Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR...

Dünən, 00:17- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

9-05-2024, 13:38- Şəmkir sakini əlillik dərəcəsi ala bilmir - GİLEY

Haqqımızda Əlaqə

Şəhid ailələri və yaralılar yardım üçün “YAŞAT” Fonduna necə müraciət edə bilər?

Tarix:8-12-2020, 11:09

Şəhid ailələri və yaralılar yardım üçün “YAŞAT” Fonduna necə müraciət edə bilər? Şəhid ailələri və yaralalılara dəstək üçün “YAŞAT” Fondu yaradılıb.

Məlumata görə, Şəhid ailələri və yaralalılar elektron qaydada fonda müraciət edə biləcəklər.

“YAŞAT” Fonduna müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi qaydaları:

Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir.

Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.

Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Dövlət Agentliyinin (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Dövlət Agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:

Bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;

müraciətin ilkin və ya təkrar olması;

müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;

himayəsində azyaşlı uşağın olması;

ailədə əmək qabiliyyətli şəxslərin sayı;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;

dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.

Müraciətlərə baxılma qaydası və dəstək göstərilməsi müddəti

Dövlət Agentliyi daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir.

Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı müraciət edən şəxsə bank vasitəsilə təqdim olunur.

Eyni müraciətlə bağlı Fondun vəsaiti hesabına və ya müvafiq dövlət orqanının (qurumunun) əvvəllər yardım etdiyi, habelə müraciətdə göstərilən dəstəyin verilməsi üçün Fondun balansında kifayət qədər vəsait olmadığı hallarda, müraciət edən şəxsin razılığı ilə alternativ maliyyələşdirmə üsulu tətbiq olunur. Alternativ maliyyələşdirmə üçün şəxsin müraciəti Fondun rəsmi internet səhifəsində yerləşdirilir və onun fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsinə imkan yaradılır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...