Anons

Bu gün, 00:23- Ənənəvi Çin tibbi terapevti Nigar Səmədova: "Fiziki bədənin sağalması insan ruhunun sağalmasından başlayır"

Dünən, 16:09- Ali Məhkəmənin hakimi intihar etdi

Dünən, 15:51- Prezident onları təltif etdi - Siyahı

Dünən, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Dünən, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Dünən, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Dünən, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

26-04-2024, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

26-04-2024, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

26-04-2024, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

26-04-2024, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

26-04-2024, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

26-04-2024, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

26-04-2024, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

26-04-2024, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

26-04-2024, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Haqqımızda Əlaqə

Sahibkarları gözləyən təhlükə: - "Sədərək" və böyük MALL-lar bağlana bilər

Tarix:13-12-2023, 15:27

Sahibkarları gözləyən təhlükə: - "Sədərək" və böyük MALL-lar bağlana bilər Artıq aylardır "Sədərək" Ticarət Mərkəzində bəzi sahibkarlar icarə haqqını ödəyə bilmir. Alver demək olar ki, yox səviyyəsindədir. Bir günə 200-300 manatlıq alver edəndə sevinirik. Çox adam icarə haqqını evindən gətirib ödəyir. Bu sözləri Sputnik Azərbaycan-a "Sədərək" Ticarət Mərkəzində çalışan bir qrup sahibkar söyləyib.
Qeyd edək ki, Azərbaycanda iri topdan və pərakəndə satış mərkəzlərinin bağlanma təhlükəsi var. Bu barədə sosial platformada məlumat yayılıb. "Sədərək" Ticarət Mərkəzinin bağlanması ilə bağlı yayılan məlumatda bildirilir ki, buna səbəb sahibkarların icarə haqqını ödəyə bilməməsidir. Yayılan xəbərə görə, "Sədərək" Ticarət Mərkəzi bağlana və ya başqa adla digər ticarət mərkəzlərindən birinin nəzdində fəaliyyət göstərə bilər. Alıcıların "Trendyol" vasitəsilə onlayn alış-verişə üstünlük verməsi nəticəsində bazarda satışların azalması ilə bağlı məlumatlar da sadalanan səbəblər arasındadır.
"Sədərək" TM-in sözçüsü Kəmaləddin Qədim alıcıların xarici ölkələrdən onlayn alış-verişə üstünlük verməsinə görə satışların azalması barədə deyilənlərə münasibət bildirərək söyləyib ki, bu fakt olsa da, ticarət obyektinin fəaliyyətinə ciddi təsir etmir.
"Belə bir məsələ yoxdur. Əslində, bu, kiçik bir detaldır. Onlayn yolla Türkiyədən, başqa ölkələrdən mal alanlar az bir qisimdir. "Sədərək" TM o qədər böyük bir ərazidir ki, təkcə Bakını əhatə etmir. Azərbaycanın bütün rayonlarından bura gəlib mal alırlar, rayonlarda, kəndlərdə satışı təşkil olunur. "Trendyol"dan mal alanların bura cüzi bir təsiri ola bilər. Dediyim kimi, kiçik bir şeydir, bizə güclü təsir göstərmək imkanında deyil"deyə ticarət mərkəzinin sözçüsü bildirib.
Amma "Sədərək" Ticarət Mərkəzində çalışanlar bunun əksini söyləyib. Mərkəzdə ticarətlə məşğul olanlar bildirib ki, bəzi sahibkarların icarə haqqından aylarla borcu yığılıb. Onların sözlərinə görə, Ticarət Mərkəzində ən ucuz obyektin icarə haqqı 1500 manatdır. Alıcılıq qabiliyyəti aşağı düşdüyündən onlar icarə haqqını ödəyə bilmirlər. Hətta ticarət mərkəzində əksər mağazalar icarə haqqını ödəyə bilmədikləri üçün bağlanıb.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, dünyada iri ticarət mərkəzlərinin, mağazaların bağlanması trendi 10 ildir davam edir. Azərbaycana onlayn ticarət yeni gəlib çatsa da, qərbdə onlayn ticarətə 2002- ci ildən başlanılıb. Artıq bir neçə ildir, analitik mərkəzlər də ticarət mərkəzlərinin bağlanması ilə bağlı proqnoz vermişdilər. Onlayn ticarətdə vaxt, pul itkisi az olduğundan, alıcılar bu üsulla alış-verişə üstünlük verirlər. Ona görə də, iri ticarət mərkəzləri, mağazalar öz fəaliyyətlərinə yenidən baxmalıdırlar. Bu gün şəhərin mərkəzində aylıq icarə haqqı 30-35 min manat olan mağazalar var. Onlar da artıq onlayn satışa üstünlük verməlidirlər.
Həmsöhbətimiz onu da əlavə edib ki, iri ticarət mərkəzlərinin mağazaların bağlanması üçün sahibkarlar icarə haqlarını aşağı salmalıdırlar. Həmçinin hökumət qarşısında vergilərin, rüsumların aşağı salınması ilə bağlı məsələ qaldırılmalıdır.
N.Cəfərli belə davam edərsə, ənənəvi ticarət mərkəzlərinin əyləncə mərkəzlərinə çevriləcəyini söyləyib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...