Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
- Nigar xanım, necə oldu ki, həkim oldunuz?
- Bilirsiniz, nə qədər özümü xatırlayıram, həmişə həkim olmaq arzusunda idim. Uşaq vaxtı gəlinciklərimi "müalicə" edirdim. Bir az böyüyəndə isə nənəm və babam xəstə olanda onlara qulluq edirdim. Təbii ki, ailəmizin həkimlər nəslindən olması mənim dünyanı dərk etməyimə böyük təsir edib və mən hesab edirəm ki, həkimlik peşəsi yer üzündə ən nəcib, humanist və zəruri peşələrdən biridir. Axı həkimlər bir insanın həyatını xilas etmək üçün ölümlə mübarizə aparırlar. Həkim olmaq insanları sevmək, insanlara xidmət etmək deməkdir.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- On ildən artıqdır ki, bu sahədəyəm. Çin Ənənəvi tibbi ixtisası üzrə təhsilimi Çin Xalq Respublikasında almışam. Eyni zamanda, dörd il Çinin müxtəlif dövlət xəstəxanalarında işləmişəm. Təhsilimi bitirib Vətənə qayıtdıqdan sonra burda ixtisasım üzrə çalışıram. Onu da qeyd etmək istərdim ki, ölkəmizdə akupunktur üzrə həm yerli, həm xarici mütəxəssislər var. Lakin, Çin Ənənəvi tibbi ixtisası üzrə Çində təhsil alan ilk mütəxəssisəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Sahəmə gəldikdə, Çin Ənənəvi tibbi də geniş spektr əhatə edir. Bura akupunktur, yani sinir nöqtələri ilə işləmək, müalicəvi otlar və heyvan məşəli tibbi preparatları ilə müalicə, moxa terapiya, müxtəlif müalicəvi masajlar, müxtəlif növlü bankalar ilə müalicə, hirudoterapiya, (yəni, zəlilər ilə) müalicə, qan alma (hazırda hicama kimi geniş tanınan) müalicə, nəbz və dil diagnostikasi və s.
- İş prinsipiniz nədən ibarətdir?
- İxtisasıma gəldikdə, ənənəvi Çin tibbinin çox maraqlı və dərin tarixi var. Deyə bilərəm ki, bu tibbin 5000 ildən artıq özünə məxsus parlaq tarixi var. Ən əsası da odur, ki bu tibb In və Yan fəlsəfəsi üzərində qurulub. Bu, bir arada bütövlüyü tamamlayan iki hissədir. In sözü "kölgəli tərəf", Yan sözü isə "günəşli tərəf" mənasını verir. In və Yan prinsipləri ondan ibarətdir ki, hər şeyin bir-birindən ayrılmaq iki əks qütbü vardır. Əks qütblərdən biri digəri olmadan müstəqil mövcud ola bilməz. Gecə olmadığı müddətcə Gündüz də yoxdur və əksinə. Şərq tibbində bədən və ruhi vəziyyət ayrı tutulmur. Organın özü In, funksiyası isə Yan-dır. Bu haqda biz çox danışa bilərik, amma sadəcə bu qədər...
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ən çox sinir sistemi, onurğa sütunu, qan damar dövranı, vegetative damar distoniyasi, hipertoniya və şəkər xəstələri, baş ağrıları, migrendən əziyyət çəkən patientlər və s.
- Bir mütəxəssis olaraq nəyin əlehyinəsiniz?
- Xəstəlikdən sağalma və şəfa məsələsində ən mühüm cəhət insanın özünə, gücünə inamıdır. Fiziki bədənin sağalması insan ruhunun sağalmasından başlayır. Ona görə də insanın öz daxilindəki xəstəliyi dəf etmək istəyi çox vacibdir. Məhz bu səbəbdən xəstəlik qarşısında təslim olan insanlara mən yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xasiyyətim sakit və səbirlidir. Bu da bizim peşəmizdə vacib amildir.
- Ailəlisinizmi?
- Hələ yox. Ancaq həqiqətən ümid edirəm ki, can yoldaşım məni axtarır və onunla görüşməkdən çox xoşbəxt olaram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Azərbaycan və Çini bir-birindən uzaq məsafələr ayırdığından, Ənənəvi Çin təbabəti təəssüf ki, həmvətənlərimə o dərəcədə geniş məlum deyil. Bununla belə, əminliklə deyə bilərəm ki, Çin tibbində müalicə üsulları hər hansı bir xəstəlikdə, insan orqanizmini kompleks şəklində müalicə etməyə qadirdir. Qərb tibbində istifadə olunan dərman vasitələrindən isə praktiki olaraq istifadə olunmur. Ona görə də insanlara daha çox şərq təbabətinə müraciət etməyi tövsiyyə edərdim.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu ixtisası seçərkən heç vaxt bilməzdim ki, xəstə insanları yenidən həyata qaytarmaq, onların üzündə xoşbəxt təbəssüm görmək nə böyük səadətdir.
Əlaqə nömrəsi: (051) 722 14 89
Instagram: dr_nigar_samadova