Anons

Dünən, 16:09- Ali Məhkəmənin hakimi intihar etdi

Dünən, 15:51- Prezident onları təltif etdi - Siyahı

Dünən, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Dünən, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Dünən, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Dünən, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

26-04-2024, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

26-04-2024, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

26-04-2024, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

26-04-2024, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

26-04-2024, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

26-04-2024, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

26-04-2024, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

26-04-2024, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

26-04-2024, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Çörək verdiyim musiqiçilər qorxudan özlərini pilləkəndən atırdılar" - Natiq Dağlaroğlu

Tarix:11-12-2023, 10:50

Çörək verdiyim musiqiçilər qorxudan özlərini pilləkəndən atırdılar" - Natiq Dağlaroğlu

Çörək verdiyim musiqiçilər qorxudan özlərini pilləkəndən atırdılar" - Natiq Dağlaroğlu

Xəbər verdiyimiz kimi, ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən "Altun saray" şadlıq evində məşhur tamada, "Laçın" musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlu bıçaqlanıb.

"32gun.az" xəbər verir ki, o, qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda hadisədən danışıb.

Natiq başına gələn bıçaqlanması olayını belə nəql edib:

"Çox böyük zövqlə o toya getdim. Məclis bitdi, ev sahibi gedib pulu saydılar. Foyedə dayanmışdım, "Laçın" ansamblının üzvləri, musiqiçilər də yanımda idilər. Onlar arasında mənə verilən pulu böldüm və yaxınlaşdım "terminala" qalan pulu ödəyəm. Bu anda 17 yaşlı bir gənc oğlan, ofisiant qabağıma çıxıb söylədi ki, "Ə, bu uşağın pulunu niyə vermirsən?" Mən də o ofisiantlardan birinə pul vermişəm, digərinə də verməli idim.

Onun mənə "Ə" deyə müraciət etməsi toxundu və xoşuma gəlmədi. Ona sual verdim ki, kimə "Ə" deyirsən? Cavabında gənc mənə "Sənə" deyirəm dedi. Mən də ona söylədim ki, ""Ə" səni böyüdən atandır". Sonra zaldan 3 nəfər qarşıma çıxdı. Elə bildim ki, onlar kababçılardı. Onlar mənə sual verdilər ki, bu ofisiant oğlanla niyə elə danışırsan? Cavab verdim ki, o, mənim oğlum yaşımdadır. Dedilər ki, o oğlana heç nə deyə bilməzsən. Söylədim ki, bəs biz Lerikə toy məclisinə gedirik və oğlum arxada durub məni gözləyir. Oğlum onların mənə dediyi sözləri eşitdi və bu sözləri götürmədi. Dava düşdü...

Mən oğlum Məhəmmədi qorudum. Arxamda baş verənlərdən xəbərim olmadı. Allah heç kimə etibarsız dost qismət eləməsin. Musiqiçilər hansılara ki, çörək verirdim, hadisəni görüb haray qoparmadılar. Musiqiçilər heç biri yaxına belə gəlmədilər. Qorxularından özlərini az qala pilləkəndan atırmışlar. Onlar kürəyimə dörd bıçaq zərbəsi vurdular. Çöndüm gördüm ki, oğlumun ağ köynəyi qandır. Sən demə mənim əlim öz qanıma dəyib mən də o əllə oğluma toxunmuşam. Elə bu anda qorxdum ayağım əsdi. Onun köynəyinin yaxasını tez cırdım gördüm ki, yaralanmayıb. Məhəmməd dedi ki, ata heç nə yoxdur. Söylədim ki, ata qurban gedək. Allaha and olsun ki, yaralandığımdan xəbərim belə olmayıb. Birdən restorandan çalışan qadın xidmətçilərdən biri söylədi ki, sizin şalvarınız bulaşıb. Üzümü arxama çevirib gördüm ki, döşəmənin hər yeri qandır. Oğlum dedim ki, qorxma. Təcili tibbi yardım gəldi. Onlara söylədim ki, övladlarım cavandır, toylarının olmasını gözləyirəm, qoymayın ki, mən öləm. Ondan sonra nələrin baş verdiyindən xəbərim belə olmadı.

9 gün xəstəxananın reanimasiya şöbəsində yatdım. Mənə 4 bıçaq zərbəsi vuran şəxsləri bağışladım. Hərçənd dedilər ki, mən güya adam tutdurmuşam. Həmin o musiqiçi dostları bu gün də yanımda işləyirlər. Amma onlara mənim yanımda bir kəlmə söz desələr mən ölümə gedərəm".

Qeyd edək ki, musiqiçiyə 2 bıçaq zərbəsi endirən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə Məmməd Hüseynov törətdiyi əməli etiraf edib. O deyib ki, Natiq Dağlaroğlu ilə yanaşı, oğlu da Məmmədin üzərinə gəlib.

O, hadisənin həmin an baş verdiyini deyib. Həmçinin o qeyd edib ki, bıçaqlanmadan sonra qaçıb və xəstəxanaya aparılan Natiq Dağlaroğlunu taparaq ona şikayətçi olmaması üçün 9 min manat verib. Lakin N.Dağlaroğlu pulu alsa da, şikayətini geri götürməyib.("32gun.az")

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...