Anons

Dünən, 16:09- Ali Məhkəmənin hakimi intihar etdi

Dünən, 15:51- Prezident onları təltif etdi - Siyahı

Dünən, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Dünən, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Dünən, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Dünən, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

26-04-2024, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

26-04-2024, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

26-04-2024, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

26-04-2024, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

26-04-2024, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

26-04-2024, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

26-04-2024, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

26-04-2024, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

26-04-2024, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Dünya ölkələrində Yeni il necə qeyd edilir?

Tarix:31-12-2019, 16:23

Dünya ölkələrində Yeni il necə qeyd edilir? Yeni il dünyanın bütün ölkələrində qeyd olunursa da, müxtəlif ölkələrdə bu bayram fərqli tərzdə qarşılanır. Bəs yeni ili ilk dəfə kimlər qeyd edib?

Təqvim ilinin yanvarın 1-dən hesablanmasının əsası eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar tərəfindən qoyulub. Yanvar ayı giriş və çıxışların, qapıların və bütün başlanğıcların tanrısı, daha doğrusu Romalıların tanrı kimi qəbul etdiyi ilahə Yanusun şərəfinə adlandırılıb.

Təxminən 3 yüz il öncə, 1700-ci illərdə rus çarı I Pyotr yanvarın 1-də Yeni ilin qeyd edilməsi ilə bağlı qərar verib və elə həmin dövrdən də yolkaların bəzədilməsi, atəşfəşanlığın və kostyum karnavallarının təşkili ənənəsi yaranıb.
Bəs dünya ölkələrində Yeni il necə qeyd edilir?

İngiltərədə bütün gecə küçə satıcıları uşaqlar üçün oyuncaqlar, tütəklər, maskalar və şarlar satırlar. Uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Saatlar gecə yarısını göstərəndə köhnə ilin evdən çıxması üçün ingilislər evin arxa qapısını açırlar. Sonra isə evin ön qapısını açır və yeni ili qarşılayırlar.

Macarıstanda yeni ilin ilk saniyəsində uşaqlar tütək və fit çalmağa başlayırlar. Onlar inanırlar ki, bununla şər ruhlar evdən qovulur və evə xoşbəxtlik gəlir.

Almanlar Yeni il gecəsi Santa Klausun uzunqulaqla gəldiyinə inanırlar. Burada da uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar.
İtaliyada köhnə ilin son dəqiqəsində evdəki sınmış boşqabları, köhnə paltarları və hətta mebelləri atırlar. Uşaqlar isə gecə süpürgə üzərində möcüzəvi Befananın gəlməsini və sobanın borusundan evə daxil olmasını gözləyirlər. Bu sehrli pəri sobanın kənarına asılmış ayaqqabıların içərisinə uşaqlar üçün hədiyyələr qoyur.

Çində hal-hazırda Yeni il fənər bayramı hesab olunur. Yeni il gecəsi küçələr və meydanlarda çoxlu sayda kiçik fənərlər yandırılır. Çinlilər inanırlar ki, fənərlərdən çıxan işıq şər qüvvələri uzaqlaşdırır.

Yaponiyada uşaqlar Yeni ili təzə geyimlərdə qarşılayırlar və bunun onlara sağlıq və uğur gətirəcəyinə inanırlar. Yeni il gecəsi onlar yastıqlarının altına arzuladıqları əşyanın şəklini qoyurlar və inanırlar ki, bununla arzuları yerinə yetəcəkdir. Yaponiyada Şaxta babanı “Seqaçu-san”, yəni “cənab Yeni il” adlandırırlar.

Hindistanda Yeni ili il ərzində səkkiz dəfə qarşılayırlar. Qudi Padva adlanan belə günlərin birində nim-nim ağacının yarpağını yemək lazımdır. Onun çox acı və xoşagəlməz dadı var. Amma hindlilər inanırlar ki, bu yarpaq onları xəstəlik və bədbəxtliklərdən hifz edəcək.

Bolqarıstanda yeni ili ənənəvi olaraq evdə qarşılayırlar. Evin ən kiçiyi yolkanın qarşısında dayanaraq ailə üzvləri üçün mahnılar oxuyur. Ailə üzvləri isə ona hədiyyələr verirlər.

ABŞ, Kanada, Böyük Britaniya və Qərbi Avropa ölkələrində Şaxta babanı Santa Klaus adlandırırlar. Santa Klaus ağ xəzli qırmızı gödəkcə və qırmızı şalvar geyinir. Başına da qırmızı papaq qoyur.

İsveçdə Şaxta baba qarmaqvarı burnu olan Yultomten və cırtdanboylu Yulnissardır. Onların hər ikisi bayram günü pəncərələrin altına hədiyyələr qoyurlar.

Fransada iki Şaxta baba var. Onlardan biri Per-Noel, yəni Noel babadır. Zənbillərdə uşaqlara hədiyyə gətirən Noel baba çox xeyirxahdır. Digərinin adı isə Şalanddır. Uzunsaqqal Şaland xəz papaq və isti palto geyinir. Onun səbətində nadinc və tənbəl uşaqlar üçün çubuqlar olur.

Rumıniyada Şaxta babanı Moş Kreçun, Özbəkistanda isə Korbobo adlandırırlar. Korbobo zolaqlı xələt geyinir və qırmızı araqçın taxır. O, içərisində yeni il hədiyyələri ilə dolu kisələr yüklənmiş uzunqulağa minir.

Azərbaycan, Rusiya və digər keçmiş sovet ölkələrində Qriqorian təqvimindən də istifadə edilir, yeni il isə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə daxil olur. Ölkəmizdə yeni il dedikdə bəzənmiş yolka, bütün gecə davam edən şənliklər, bayram sağlıqları və yeni il hədiyyələri, həmçinin Şaxta baba yada düşür. Şaxta baba ağ xəzli qırmızı kürk geyinir. Onun uzun ağ saqqalı və əsası olur. O, Qar qız ilə birlikdə uşaqlara hədiyyələr gətirir.

Yeni ili necə qeyd etməyinizdən asılı olmayaraq çalışın onu şən və unudulmaz təəssüratlarla qarşılayasınız. Qoy, bu bayram sizə parlaq ümidlər bəxş etsin və gələn il bütün arzularınız həyata keçsin.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...