Anons

Bu gün, 15:41- Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Bu gün, 15:22- Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bu gün, 14:54- BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Bu gün, 14:23- Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır... - İTTİHAM VAR...

Bu gün, 13:59- Şəkidə Şəhid anası bu evdə yaşayır... - FOTO, MÜRACİƏT

Bu gün, 13:07- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır?

Bu gün, 12:37- Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllimdən İTTİHAM

Bu gün, 11:48- Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var? - FOTOFAKT

Bu gün, 10:55- Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:24- "İnsan həyatına yox, ticarətə üstünlük verirlər..." - ÖZBAŞINALIQ!

Bu gün, 09:38- "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...

Bu gün, 09:08- "Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciə olundu

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Haqqımızda Əlaqə

Plastik cərrah Ülviyyə Ağazadə: "Bütün əməliyyatlarda təbiiliyi qorumağa çalışıram"

Tarix:30-12-2019, 13:48

Plastik cərrah Ülviyyə Ağazadə: "Bütün əməliyyatlarda təbiiliyi qorumağa çalışıram" - Ülviyyə xanım, zaman sizi haradan hara gətirdi?

- 2003-cü ildə yüksək balla Dövlət Tibb Universitetinə daxil oldum. 2009-cu ildə oranı bitirdim. Bir il internatura keçdim. 2010-cu ildən 2014-cü ilə qədər "Ailəm" klinkasında çalışdım. Daha sonra müxtəlif özəl klinikalarda və idman layihələrində işlədim. Qeyd edim ki, universiteti bitirdikdən sonra və çalışdığım illər ərzində Türkiyədə və Almaniyada (Siegen və Mannheim şəhərlərində) təkmilləşmə kursları keçdim. Hal-hazırda “İnternational Medical Center 1“ klinklasında fəaliyyətimi davam etdirirəm.

- Öz istəyinizləmi həkim oldunuz?

- Bəli, ailəmdə həkimlər çoxdur. Gözümü açıb həkimlər gördüyümə görə düşünmüşəm ki, mən də həkim olacağam. Başqa bir ixtisas barədə heç vaxt fikirləşməmişəm.

- Ümumilikdə neçə ildir fəaliyyət göstərirsiniz?

- Artıq on ildir ki, bu sahədəyəm.

- Bu on ilə nəyi sığışdıra bilmədiniz?

- Bir həkim üçün nəinki on il, hətta əlli il də kifayət etmir nələrisə sığışdırmağa. Çünki tibb dayanmadan inkişaf etməkdədir. Biz də o yeniliklərlə ayaqlaşmağa məcburuq.

- Niyə məhz plastik cərrahiyyəni seçdiniz?

- Hər zaman gözəllik yaratmağı sevdiyim üçün Türkiyədə plastik cərrahiyyə üzrə ixtisaslaşıb bu sahəyə yiyələndim.

- Bütün növ plastik əməliyyatları icra edirsiniz?

- Bəli, istisna yoxdur.

- Bir həkim olaraq nədən qorxursunuz?

- Bir həkim olaraq ancaq pasientlərimizin sağlamlığı bizi narahat edə bilər.

- Xarakter olaraq necə birisiniz?

- Deməzdim ki, hər xırda nəyəsə görə narahat olan biriyəm. Nəsə məni narahat edirsə, deməli, çox vacib məsələdir. Hər xırda məsələni böyüdən deyiləm.

- Nəyə qətiyyətlə "yox"deyirsiniz?

- Şəxsi həyatımda uşaqlarımın şirniyyat yeməsinə "yox" deyirəm (gülür). Həkimlik fəaliyyətimdə isə çox böyük çəkili insanları əməliyyata almağın əleyhinəyəm. Çünki bu növ insanlar bizim əməliyyatlardan fayda görməzlər. Hətta əməliyyat onların sağlamlıqlarına da ziyan vura bilər. Belə halları nəzərə almalıdırlar. Əməliyyatdan öncə arıqlamalıdırlar. Biz arıqlatmırıq, bədəni şəkilləndiririk.

- Son zamanlarda xanımlarda sanki bir standartlaşma baş verir. Eyni burun, eyni dodaq, eyni yanaq və s. Bunu nə ilə əlaqələndirirsiniz?

- Düzdür, indi çoxları bir-birinə oxşamağa başlayıb. Amma mən onun əleyhinəyəm. Hər sima individualdır. Mən icra etdiyim bütün əməliyyatlarda təbiiliyi qorumağa çalışıram.

- Sizə daha çox hansı əməliyyatlarla bağlı müraciətlər olunur?

- Daha çox burun, yanaq və bədənşəkilləndirmə əməliyyatları istəyirlər. Bədənşəkilləndirmə əməliyyatı lap çox dəbdədir. Onu da qeyd edim ki, son zamanlarda xanımlarla yanaşı bəylər də çox müraciət etməyə başlayıblar.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, gözəllikləri ilə yanaşı öz sağlamlıqlarına da fikir versinlər. Çünki bəzən pasientlər öz sağlamlıqlarını itirməkləri bahasına gözəl olmaq istəyirlər. Bu, yolverilməzdir. Sağlam qalaraq gözəlləşmək lazımdır.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki, bu peşə bu qədər ağır, məsuliyyətli və eyni zamanda fərəhverici peşədir. Çünki insanlara yardım etmək və eyni zamanda bu yardım zamanı ağır məsuliyyət, bu peşəni seçdiyim üçün hər dəfə məndə əminlik yaradır.

Həkimlə əlaqə: (070) 3910026

Plastik cərrah Ülviyyə Ağazadə: "Bütün əməliyyatlarda təbiiliyi qorumağa çalışıram"
Plastik cərrah Ülviyyə Ağazadə: "Bütün əməliyyatlarda təbiiliyi qorumağa çalışıram"
Plastik cərrah Ülviyyə Ağazadə: "Bütün əməliyyatlarda təbiiliyi qorumağa çalışıram"
Plastik cərrah Ülviyyə Ağazadə: "Bütün əməliyyatlarda təbiiliyi qorumağa çalışıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...