Anons

Dünən, 20:27- Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Dünən, 20:05- Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."

Dünən, 19:27- Ekologiya nazirliyi və icra hakimiyyəti 4 hektar meşəni satmaq istəyir – Prezidentə müraciət edildi (FOTO)

Dünən, 18:37- Ağdamın baş memarının arxasında KİM DAYANIR?-Rayonda Abdulalı Mehdiyev RÜZGARI.... -VİDEO

Dünən, 17:50- Deputat Ülvi Quliyevin oğlunun Londondakı şirkətindən yeni xəbər -Aktivlərini artırıb

Dünən, 15:41- Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Dünən, 15:22- Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Dünən, 14:54- BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Dünən, 14:23- Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır... - İTTİHAM VAR...

Dünən, 13:59- Şəkidə Şəhid anası bu evdə yaşayır... - FOTO, MÜRACİƏT

Dünən, 13:07- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır?

Dünən, 12:37- Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllimdən İTTİHAM

Dünən, 11:48- Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var? - FOTOFAKT

Dünən, 10:55- Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!

Dünən, 10:24- "İnsan həyatına yox, ticarətə üstünlük verirlər..." - ÖZBAŞINALIQ!

Dünən, 09:38- "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...

Dünən, 09:08- "Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciə olundu

7-05-2024, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

7-05-2024, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

7-05-2024, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur

Tarix:20-01-2021, 10:42

Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Artıq bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...