Bu gün, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Bu gün, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Bu gün, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Bu gün, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Bu gün, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Bu gün, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Bu gün, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Bu gün, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Bu gün, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Bu gün, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında
Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin başçısına təhsil ocağında yaradılmış şərait barədə məlumat verdi.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür. 1296 şagird yerlik Lisey də “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. Dörd mərtəbədən və 5 korpusdan ibarət binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.
Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə ayrılan diqqətin göstəricisidir. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə bir neçə vacib layihə həyata keçirib. Müasir məktəblərin qurulması həm də Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsində olduqca mühüm rol oynayır.
“Talıstan” liseyində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısına son illərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, o cümlədən 2020-2025-ci illərdə istifadəyə verilən istehsal müəssisələri və istirahət mərkəzləri barədə məlumat verildi. Həmin dövrdə rayonda fəaliyyətə başlamış bu obyektlərdə 400-ə yaxın iş yeri açılıb.
Prezident İlham Əliyevə rayonun Tircan kəndində su istehsalı müəssisəsinin inşası ilə bağlı məlumat verildi. İllik istehsal gücü 25 milyon litr olan müəssisədə 80 nəfər işlə təmin ediləcək.
Qeyd edək ki, ölkənin turizm mərkəzlərindən biri olan İsmayıllı rayonu son illərdə sürətlə inkişaf edib. İndiyədək dövlətimizin başçısı bu rayonda 10 dəfə olub. Azərbaycan Prezidentinin İsmayıllıya hər səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilməklə, yeni sosial-iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Bütün bunlar rayonda aparılan tikinti-quruculuq işlərinin, məhsul buraxılışının, sənaye və kənd təsərrüfatı məhsulunun həcmində, yeni iş yerlərinin açılmasında özünü aydın göstərir.
11:25
Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib.
Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.