Bu gün, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Bu gün, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Bu gün, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Bu gün, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Bu gün, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Bu gün, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Bu gün, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Bu gün, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Bu gün, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Bu gün, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında
Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Qərbin hərbi-siyasi dairələri tərəfindən Rusiya ilə müharibəyə cəlb edilən Ukrayna çətin və faciəvi günlərini yaşayır. ABŞ və Avropa İttifaqı arasında qarşıdurma yaşanır, Ukrayna isə taleyin ümidinə buraxılmış vəziyyətə salınıb. Hər gün işğalçılar yeni-yeni ərazilərini tutur, şəhərlərini dağıdır, insanlar ölür. Hətta iş o yerə çatıb ki, ABŞ indiyə qədər Ukraynaya ayırdığı maliyyənin geri qaytarılmasını tələb edir. Bu gərginlik xüsusilə Münxen Təhlükəsizlik Konfransında daha qabarıq üzə çıxıb. ABŞ Prezidenti Donald Tramp konfransa qatılmaqdan imtina etdi və onu tədbirdə vitse-prezident əvəzlədi. Bu nümayişkənarə imtina onun Avroatlantik İttifaqının dəyərlərinə bəslədiyi mənfi münasibətin göstəricisi kimi qəbul edildi. Ukraynanın yaşadığı gərginlikdə şübhəsiz ki, əvvəlki ABŞ administrasiyasının, xüsusilə də Cozef Bayden və Antoni Blinkenin yarıtmaz siyasəti də az rol oynamadı. Bugünkü ABŞ-Avropa İttifaqı arasında gərginliyinə görə ultra liberal və liberalo-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası birbaşa məsuliyyət daşıyır. Bu iddianı da əksəriyyət indi birmənalı şəkildə qəbul edir. Münxen Təhlükəsizlik konfransında ABŞ vitse-prezidentinin çıxışı bütün Qərb dünya və elita üçün “soyuq duş” oldu. Görünən odur ki, ABŞ və Avropa İttifaqının strateji hədəfləri artıq ayrılıb. On ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Moskva az qala qalib tərəf kimi göstərilir. Artıq XİN rəhbərləri səviyyəsində görüşlər baş tutub və gələcəkdə də bu proses prezidentlər səviyyəsində davam etdiriləcək.
Mülahizələrə görə, Tramp-Putin sövdələşməsi növbəti mərhələdə ABŞ-Rusiya tərəfdaşlığına qədər inkişaf da edə bilər. Ağ Evin Kremllə məxfi təmasların nəticələrindən hələlik məmnun olduğu da müşahidə olunur. Ukrayna Prezidenti Volodimir Zelenskinin Tramp-Putin sövdələşməsinin nəticələrini tanımayacağını bəyan etməsi Ağ Ev sahibini ciddi şəkildə qəzəbləndirib. Çünki prezident Volodimir Zelenski Türkiyənin də dəstəyini arxasına alaraq, Ukrayna üçün təhlükəli anlaşmanı rədd edirsə, bu, Tramp planının pozulmasına səbəb ola bilər. Və bu səbəbdən də, Ağ Ev sahibi Ukrayna prezidentinə qarşı şantaj xarakterli sərt ittihamlar irəli sürür.