Anons

Bu gün, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Bu gün, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Bu gün, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Bu gün, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Bu gün, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Bu gün, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Bu gün, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Haqqımızda Əlaqə

MALƏSƏF: Əvvəl şəhərciyi salıb, sonra infrastrukturu qururlar... - Bakını qaydaya salmaq mümkündürmü?

Tarix:20-01-2024, 14:07

MALƏSƏF: Əvvəl şəhərciyi salıb, sonra infrastrukturu qururlar... - Bakını qaydaya salmaq mümkündürmü? "Bakının mərkəzində indiyədək tarixi ilə səsləşməyən, bir-birinə yaraşmayan, fasad və xarici görünüş baxımından uyğun gəlməyən hündürmərtəbəli binalar inşa olunub. Ona görə də, bundan sonra Bakının mərkəzində beş mərtəbədən artıq binaların tikintisinə qadağanın qoyulmasının ciddi əhəmiyyəti yoxdur".
Bunu Sputnik Azərbaycan-a açıqıamasında daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov söyləyib. O, bildirib ki, Bakının yeni hazırlanan Baş Planı mütəxəssislər tərəfindən hərtərəfli dəyərləndirilməlidir.
Qeyd edək ki, Baş Planda yer alan maraqlı məqamlardan biri, şəhərin mərkəzində tarixiliyin qorunması üçün beş mərtəbədən hündür binaların tikintisinə qadağanın qoyulacağıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib ki, Plana görə, 1000 hektardan çox ərazidə xüsusi mühafizə olunan zona təyin olunub. Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb və tikinti məsələlərinə məhdudiyyət qoyulub. Bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək. Xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.
Elnur Azadov isə deyir ki, Baş Planda bu məqamın yer alması müsbət amil olsa da, indiyədək şəhərin mərkəzində aparılmış tikinti işlərində buna məhəl qoyulmayıb. Qədim binaların yanında metal kontruksiyalı göydələnlər tikilib. Bunların sökülməsi isə çətin prosesdir.
Bununla yanaşı ekspert əlavə edib ki, şəhərin mərkəzində beş mərtəbədən ibarət bina inşa etmək iqtisadi baxımdan da səmərəli deyil. Ona görə də, özəl sektorun buna maraq göstərəcəyi inandırıcı görünmür.
Ekspert Baş Planda nəzərdə tutulan geniş tikinti işlərinin 2040-cı ilədək həyata keçirilməsini də mümkünsüz hesab edir. Onun fikrincə, ölkəmizdə dövlətin geniş inşaat resursları yoxdur. Özəl sektorda isə çox az sayda peşəkar və resursları olan inşaat şirkəti var. Baş Planın icrasına başlanılmazdan öncə yeni inşaat normativlərii müəyyən olunmalıdır.
Həmsöhbətimiz deyir ki, bu gün tətbiq olunan inşaat normaları sovetdənqalmadır:
"Köhnə şəhərin içərisində yeni şəhər salmaq elə də asan deyil. Hər şəhərin özünəməxsus tarixi və kommunikasiyaları var. Yeni şəhər saldıqda infrastruktur da yaradılmalıdır. Sovet dövründə 70-ci ildən sonra salınan mikrorayonlar mükəmməldir. Binalararası məsafə, sosial infrastruktur və sair dəqiq hesablanaraq inşa olunub. Amma təəssüf ki, son illər yeni tikinti layihələrində bu məqamlar nəzərə alınmır. Bu da yaşayış zamanı problemlər yaradır. "Ağ şəhər" layihəsi xarici görünüşcə mükəmməldir. Amma infrastruktur nəzərə alınmadığından, yaşayışda problemlər yaranır. Tikinti layihələri elə planlaşdırılmalıdır ki, yaşayışa yararlı olsun. Şəhərciyi salıb bundan sonra onun ətrafında sosial infrastrukturlar qurulmamalıdır. Bu məqamlar şəhərcik salınarkən nəzərə alınmalıdır".
O, yeni hazırlanan Baş Planın icrası zamanı da bu kimi problemlərin ortaya çıxmasının qaçılmaz olduğunu söyləyib.
Qeyd edək ki, Anar Quliyev mətbuata açıqlamasında Bakının yeni Baş Planının Vyana və Dubay nümunəsi üzərində hazırlandığını söyləyib. Ekspert isə deyir ki, Dubayda tikinti layihələri boş torpaq sahələri üzərində icra olunduğundan şəhəri insanyönümlü etmək mümkün olub. Paytaxtda isə hər addımda bir göydələn tikildiyindən, bunu təmin etmək çətin olacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...