Anons

Bu gün, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Bu gün, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Bu gün, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Bu gün, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Bu gün, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Bu gün, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Bu gün, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Bu gün, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Bu gün, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Bu gün, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Haqqımızda Əlaqə

“Təkid etdi ki, mənə şəhid qızı kimi ev verdirin...”

Tarix:7-04-2025, 17:48

“Təkid etdi ki, mənə şəhid qızı kimi ev verdirin...” Bir müddətdir Akademik Milli Dram Teatrının (AzDrama) bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aktrisa Məlahət Abbasova arasında davam edən qalmaqala həmkarları Məsmə Aslanqızı da qoşulub.

Əməkdar artist, 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin qızı Məsmə Aslanqızı sosial şəbəkədəki paylaşımında M. Ələkbərzadə ilə görüşdüyünü bildirib. O, “Azdrama” rəhbərinin görüşdə “20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!” kimi sözlər işlədərək şəhidləri təhqir etdiyini iddia edib.

Daha öncə müsahibələrinin birində Mehriban Ələkbərzadənin ünvanına “O, öz yalnızlığının, uğursuzluğunun intiqamını sənət adamlarından alır” deyərək yeni qalmaqala səbəb olan Məlahət Abbasova sosial şəbəkə hesabında M. Aslanqızına dəstək nümayiş etdirib. Baş verənləri teatr adına “qara ləkə” adlandıran aktrisa Ələkbərzadəni şəhid ailələrindən üzr istəməyə və istefa verməyə çağırıb: “Canım Məsmə, atan şəhid Aslan Ağaverdiyev başda olmaqla 20 yanvar günü vəhşicəsinə öldürülən 143 şəhidimiz, vətənimizin torpaqları üçün canlarını fəda edən, doğma bibim oğlu və yaxınlarımın da şəhid olduğu bütün Qarabağ şəhidlərinə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

“Azdrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadənin şəhidlərimizin ruhunu belə tərbiyəsizcəsinə təhqir etməsi qəbuledilməzdir. Layiq olmadığı vəzifəsindən istefa verərək milli teatrımızda, bundan əvvəl çalışdığı Yuğ, Gənc Tamaşaçılar teatrlarında sənət dostlarıma repressiya dönəmini yaşadan, kimlərinsə adından istifadə edərək hədə-qorxu gələn, söyən, qışqıran (illər əvvəl onun kişi söyüşlərinə cavab verən kişi aktyorumuzu təhdid etdirmişdi) birinin milli teatrımızın rəhbərliyində olması teatr adına qara ləkə, utandırıcı vəziyyətdir.

30 ilini, canını teatra qoyan, kiçik bir dəstəyin üçün yanına gələn sənət adamına qışqırmaq, təhqir etmək, telefonunu alıb “səsimi yazmağa gəlmisən?”, - deyib yerə çırpmaq bir teatr rəhbərinə yaraşarmı?

Üstəlik, şəhidlərimizə dil uzadırsan. Kimsən sən? 20 Yanvar faciəsi şəhidlərinə dil uzatmaq sənin həddin deyil! Teatrımız dövlətindir. Sənət insanları sənin kölən deyil. Uşaqlıq travmalarının günahkarı onlar deyil. İnanıb səni o vəzifəyə gətirənləri pis vəziyyətdə qoymağa haqqın yoxdur. Başda Ali Baş Komandanımız olmaqla, 20 Yanvar faciəsi, Qarabağ şəhidi ailələrindən, qazilərimizdən, dövlətimizdən, xalqımızdan, otağında təhqir etdiyin Məsmə Aslanqızıdan üzr istə”.

M. Ələkbərzadə isə sosial şəbəkə hesabında M.Aslanqızının dediklərini təkzib edib və aktrisanın ondan ev tələb etdiyini söyləyib: “Mütəmadi olaraq teatrda sözü olan, istəyi, yaxud xüsusi xahişi olan aktyorlar rəhbərliyə müraciət edir, arzularını bildirirlər, bu, normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu. Qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. Evi müsadirə ilə əlindən çıxıb (bu mövzu şəhid ailəsinə yaraşmayan əməlin nəticəsidir deyə açıqlamıram). Dedi ki, sizdən ev istəyirəm, teatr məni evlə təmin etməlidir. Anlatdım ki, mənim ev verə bilmək səlahiyyətim yoxdur. Dedi ki, o zaman 20 Yanvar şəhidinin qızı kimi mənə ev verdirin, siz məsələni həll etməlisiniz. Təkid etdi.

Bütün deyilənlərə bir daha münasibət bildirərək yenə də bəyan etdim və edirəm: Hətta 20 Yanvar şəhidinin qızı olsa belə, mən teatrın bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm. Ev məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq, bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir.

O ki qaldı, mənim vətəndaşlıq mövqeyimə... Az-çox yaradıcılığımla tanış olan, məni tanıyan hər kəs bilir ki, milli-mənəvi dəyərlərimiz naminə maarifçilik işlərinin, böyük zəfərimiz naminə “Qələbəyə qədər davamı var” silsilə hərbi vətənpərvərlik mövzusunda müəllif proqramlarının yaradıcısıyam. Yetərincə məhz vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda şəhid olan insanlardan bəhs edirdi.

Ən azı sözlərimin izahı üçün arxivlər var! Azərbaycan xalqının qəhrəmanlıq tarixi, mübarizəsinə həsr edilmiş, bu yolda canını və qanını fəda etmiş insanların xatirəsinə ithaf edilmiş 50-dən çox müəllif filmlərim, araşdırmalarım var. Heç kim mənim vətəndaşlıq mövqeyimə ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...