Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Dünən, 19:47- Maaş artımı: statistika sevindirir, reallıq duruxur - Cari il əmək haqları harada və nə qədər artıb?

Dünən, 17:07- Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu milyonluq vergi borcu olan şirkətlə müqavilə bağladı

Dünən, 15:50- Makron Paşinyanı Vardanyanla "ram etmək" istəyir - FAKT BUDUR!

Dünən, 15:16- “Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?! İDDİA

Dünən, 14:28- Babaşovun "tender oyunu" - ölüm saçan yol

Dünən, 14:01- "Sanki bir `alo` dediyimizdə başımızın üstünü kəsdirəcəklər..." - GİLEY

Dünən, 13:24- Son 15 ildə 10 milyonlarla MƏNİMSƏMƏ... - BU NƏDİ BELƏ?!

Dünən, 11:09- “Euronews”da İlham Əliyevin müsahibəsi yayımlanıb

Dünən, 10:56- Pedaqoq, nəzəriyyəçi, ilk musiqi dərs vəsaitləri kitablarının müəllifi Lamiyə İlyasqızı: "İndiki nailiyyətlərimi atama borcluyam"

Dünən, 10:44- Ermənilər Kəlbəcəri atəşə tutdu: Ordumuz cavab verdi

Dünən, 10:21- Büdcədən oğurlananlar BELƏ XIRID EDİLİR... - İTTİHAM VAR...

Dünən, 09:40- Elşad Həsənov səkiləri satıb: PİYADA HARDAN GETSİN, cənab başçı? - Sakinlər KÖMƏK İSTƏYİR...

21-06-2024, 20:40- Ermənistanın sonunu gətirəcək həmlə - İNCƏLƏMƏ

21-06-2024, 19:29- Qubada çay məcrasından çıxdı: kəndi su basdı - Foto

21-06-2024, 19:13- Namik Xıdırova yüksək vəzifə verildi - BUNDAN SONRA...

21-06-2024, 17:28- Uşaq bağçasında 105 min manat mənimsənilib

21-06-2024, 16:37- Goranboyun icra başçısından Heydər Əliyevin ruhuna sayğısızlıq - VİDEO

21-06-2024, 15:49- "Piyada yolunda pullu parkinq açıblar" - “Şərur MTK”dan şikayət

21-06-2024, 15:17- Prezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - Fotolar

Haqqımızda Əlaqə

Hər halda dövlətimiz bura pul ayırıb... - Pul da yoxdur, görülməli olan iş də...

Tarix:15-06-2024, 12:00

Hər halda dövlətimiz bura pul ayırıb... - Pul da yoxdur, görülməli olan iş də... Uzun illərdir, yazılsa da, Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin təmiri "Qordi düyünü"nə düşüb.

1967-ci ildə tikilən bu bina demək olar ki, baxımsız qalıb. Halbuki indi orada Mədəniyyət Mərkəzi ilə yanaşı, seçki məntəqəsi də yerləşir, amma binanın təmiri 2019-cu ildən həllini tapmır.

Həmin ərəfədə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinə, həmçinin Mədəniyyət Nazirliyinə dəfələrlə sorğular göndərilib, hər dəfə binanın təmir ediləcəyi deyilib, amma nəticə olmayıb.

O vaxtdan Azərbaycanda 3 mədəniyyət naziri dəyişsə də, binanın təmirlə bağlı durumu dəyişmir.

Ərazisində yerləşən park isə o qədər baxımsızdır ki, Suriya xarabalıqlarını xatırladır.

Suraxanı Rayon İcra Hakimiyyətini isə belə bir mənzərə ümumiyyətlə narahat etmir, sanki yaşananlar onun inzibati ərazisində deyil.

Bu arada ARB kanalı yenidən Mədəniyyət Mərkəzi ilə bağlı mənzərəni efirdə canlandırıb.

Görünür, yeni mədəniyyət naziri bir vaxtlar jurnalist olsa belə, mətbuat oxumur, ya da ölkədə baş verənlər onu qəti maraqlandırmır. Çünki ölkə ciddi beynəlxalq bir tədbirə - COP29-a hazırlaşır.

Dünyanın 100-dən artıq ölkəsindən rəsmi şəxs və turistlərin Bakıya üz tutacağı da onları maraqlandırmır.

Hər halda dövlətimiz bura pul ayırıb...

Hər halda dövlətimiz bura pul ayırıb... - Pul da yoxdur, görülməli olan iş də...

Ümumiyyətlə, bu binanın tikintisinin hansı şirkətə verildiyi də aydın deyil.

Mediada gedən məlumatlara görə isə Mədəniyyət Nazirliyi məsuliyyəti üzərindən atır. Yəni belə izah edirlər ki, təmir yeni nazirin vaxtında başlanılmayıb.

Bunun da izahı budur ki, pulları bundan əvvəlki nazirlər "çırpşırıblar", köhnələrin vaxtında olub.

Ərazidə yaşayan və buradakı parkda istirahət edən yerli sakinlər isə "Arqument.az"a deyirlər ki, yeni nazir Adil Kərimli özünü bu işdə qətiyyən məsuliyyətli saymır: "Eşitdiyimizə görə yeni mədəniyyət naziri deyir ki, bu işə mən cavabdeh deyiləm. Məndən əvvəlki nazirlərin vaxtında olub. Başa da düşmürlər ki, bu kiminsə şəxsi villası deyil, dövlət qurumudur, mədəniyyət ocağıdır, dövlətin balansındadır".

Sakinlər deyirlər ki, əgər turistlər Hövsana gəlib buranın Mədəniyyət Mərkəzi olduğunu bilsələr, Bakının COP29-a necə hazırlaşdığını görəcəklər: "Başa düşmürük, COP 29-un Hövsana aidiyyatı yoxdur? Niyə belə laqeyd münasibət bəsləyirlər?"

Mədəniyyət Nazirliyi və Nazirlər Kabineti isə baş verənlərə reaksiya vermir, əksinə susurlar. Bu acınacaqlı mənzərənin sonrakı aqibəti isə aydın deyil.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...