Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Dünən, 19:06- Xaricdən gətirilən yağı bölüb Azərbaycan adı altında satırlar - BU NƏDİ BELƏ?!

Dünən, 18:34- Zaur Mikayılovun agentliyi şəhid adına küçəni viran qoyub - NARAZILIQ VAR...

Dünən, 18:17- Beyləqan İcra Hakimiyyətində nə baş verir?.. - İDDİA

Dünən, 17:42- “Veysəloğlu” süni bahalaşmanı və ajiotajı belə yaradır

Dünən, 17:00- Nizami rayonunda TAM YİYƏSİZLİKDİR... - BU NƏDİ BELƏ?!

Dünən, 16:18- Rövşən Rüstəmov xanım işçilərə yaxşı ki QATAR BAĞIŞLAMAYIB... - HƏQİQƏTƏN DƏ...

Dünən, 15:40- Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -ŞOK FAKTLAR

Dünən, 14:57- Şəhid anaları Ceyhun Hüseynovun məzarı başında – FOTO/VİDEO

Dünən, 14:44- İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir? - İLGİNC İDDİALAR...

Dünən, 14:11- Mirdaməd Seyidovun büdcədən oğurladığı MİLYONLAR... - ETSN-nin də bu pullarda GÖZÜ VAR...

Dünən, 12:58- "Referans" kliinikasının baş həkimi xəstəni öldürmək istəyir?

Dünən, 12:28- "Qorxub əməliyyatdan imtina etdilər..." - BU NƏDİ BELƏ?!

Dünən, 10:50- "Mühafizəni çağırdı, zor gücü ilə müəssisədən çıxardıldım" - NARAZILIQ VAR...

Dünən, 09:27- "İşçi çatışmır, amma yeni işçi götürmürlər..." - ÖZBAŞINALIQ!

26-06-2024, 19:53- Bloomberg: Bəzi NATO ölkələri Kiyevə uzunmüddətli yardım öhdəliyindən imtina edirlər

26-06-2024, 18:59- Ona inanmaq olarmı? - Görünəni odur ki...

26-06-2024, 18:03- Mirzoyan Estoniyaya gedir

26-06-2024, 17:33- 440 manat kredit götürdü, 74 gün ərzində borcu 924 manat oldu - “AZPULMAT” VƏTƏNDAŞLARI MÜFLİS EDİR

26-06-2024, 16:19- Rüstəm Şahbazov və “klinker canavarı” Cavidanla bağlı şok faktlar... - Kriminalı “yemləyən” məmur-sahibkarlar

Haqqımızda Əlaqə

Nazirlik problemi həll etmək əvəzinə, məsələni “qonşu mübahisəsinə” bağlayır - İlahiyyat məscidində FHN İŞGƏNCƏSİ

Tarix:21-06-2024, 10:13

Nazirlik problemi həll etmək əvəzinə, məsələni “qonşu mübahisəsinə” bağlayır - İlahiyyat məscidində FHN İŞGƏNCƏSİ Bakıdakı İlahiyyat məscidinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaratdığı problem barədə məlumat vermişdik.

Yenicag.az xatırladır ki, məsciddə istilər səbəbindən ibadətə gələnlər əlavə problemlər yaşayırlar.

Belə ki, FHN məscidin ərazisində transformator quraşdırmağa icazə vermədiyindən bu ibadət obyektində kondinsionerləri işlətmək mümkün olmur. Bu da məscidin içərisində həddindən artıq istilər səbəbindən ibadət edənlərin vəziyyətini çətinləşdirir.

Qeyd edək ki, İlahiyyat məscidi Türkiyənin ölkəmizdə tikdiyi ibadət ocağıdır. Bu məsciddə yaradılan problem bu isti yay günlərində ibadətə gələnlərə problem yaratmaqla yanaşı, Azərbaycan-Türkiyə əlaqələrinə qarşı yönəlmiş hərəkət kimi də dəyərləndirilməlidir.

Bir zamanlar Ramiz Mehdiyevin Azərbaycan-Türkiyə münasibətlərini korlamağa yönəlmiş hərəkətlərini indi də FHN davam etdirir. Azərbaycan vətəndaşları gözəl xatırlayır, 2009-cu ildə Ramiz Mehdiyevin göstərişi ilə Şəhidlər məscidinin yaxınlığında Türk Şəhidliyi xatirə kompleksindəki Türkiyə bayraqları çıxarılıb, hətta bayraq dirəkləri kəsilmişdi.

Dinimiz susuz insanlara bir qab su verməyi ehsan sayır. Bu isti yay günlərində İlahiyyat məscidində ibadət edənlərə istilərlə əzab vermək insanlara qarşı haqsızlıq, Allaha xoş getməyən əməl sayılır.

Onu da xatırladaq ki, İlahiyyat məscidində transformator quraşdırılmasından nazirin xəbərinin olmadığı bildirilsə də, məscidin icmasına göndərilən məktubdan nazirin bu məsələdən xəbərdar olduğu məlum olur.

Qurban bayramı günlərində Azərbaycanın bütün məscidləri ilə yanaşı, İlahiyyat məscidində də bayram namazı qılındı. Minlərlə insan bu bayram ibadətini yerinə yetirmək üçün İlahiyyat məscidinə axışıb. FHN isə bu bayram günlərində məsciddə ibadətə gələnlərə faktiki olaraq, zülm edib. Çünki məscidin icmasının ərazidə transformator quraşdırıb, məsciddə kondinsioner işlədilməsinə icazə verməmək insanlara zülm etməkdir.

FHN Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin rəis müavini Zenfira Rzayevinin imzası ilə məscidin dini icmasına göndərilən məktub problemi həll etmək əvəzinə, əslində problem yaradıb. Məktubda bir yandan İlahiyyat məscidi ilə “Bakı Universiteti” MTK arasında guya hansısa “torpaq mübahisəsinin olduğu” qeyd edilir, bunun həllinin FHN-nin səlahiyyətlərinə aid olmadığı bildirilir, məsələnin “hüquqi müstəvidə həlli məqsədəuyğun sayılır”, digər tərəfdən isə transformatorun quraşdırılması üçün tikinti obyekti sökülür. Bir sözlə, FHN problemi həll etmir, bu məsələni “qonşu davası”, “qonşuların şikayəti” müstəvisinə çəkir. Halbuki transformatorun quraşdırılması üçün tikinti sahəsi İlahiyyat məscidinin öz həyətindədir, bu ərazi də başqa kiminsə mülkiyyətinə daxil deyil. Bundan əlavə, məhkəmə qərarı olmadan tikintini dayandırmaq və ya sökmək də qanunla qadağandır.

Ümid edək ki, bu isti yay günlərində insanlara xeyirxahlıq etmək baxımından İlahiyyat məscidində problem yaradanların qəlbinə azacıq da olsa, insaf düşəcək, ibadətə gələnlərin bu istilərdə əziyyət çəkməməsi üçün problemi normal qaydada həllinə şərait yaradacaqlar.

Yenicag.az yazıda sadalanan məlumatlarla bağlı Fövqəladə Hallar Nazirliyinin mövqeyini dərc etməyə hazır olduğunu, mövzunu diqqətdə saxlayacağını bildirir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...