Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Bu gün, 10:00- "Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Bu gün, 09:43- Cəlal Qurbanov deputat olmaq üçün hərəkətə keçdi – İş adamı Şeyxə qarşı – İDDİA

Dünən, 19:36- Zakir Həsənov macar həmkarı ilə görüşdü - Fotolar

Dünən, 19:10- 1 milyonluq dövriyyəsi olan “Daş bazarı”nın rəhbərliyi səhmdarlara 16 min manat gəlir əldə olunduğunu deyir... – “ALATAVA-2 AVTONƏQLİYYAT”LA BAĞLI QALMAQAL BÖYÜYÜR

Dünən, 18:32- Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….

Dünən, 16:39- Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

Dünən, 16:12- Deputat Ağalar Vəliyevin şirkəti vətəndaşları etiraza sürükləyir -“Kristal Abşeron”dan ev alanlar təşkilatlandılar

Dünən, 15:44- MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı - Təcili

Dünən, 14:17- Onları 13 min manatadək cərimə gözləyir

Dünən, 13:43- Qarabağ Universitetində yeni təyinat - Foto

Dünən, 13:14- İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır - BU NƏDİ BELƏ?!

Dünən, 12:39- Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - VİDEO

Dünən, 12:18- COP29 ərəfəsi ETSN üçün EV TAPŞIRIĞI... - Restoranlardan ƏRŞƏ QALXAN TÜSTÜ VƏ...

Dünən, 11:46- Qosqoca rayonun təhsil sistemi İFLİC DURUMDA - BU NƏDİ BELƏ?!

Dünən, 11:15- `Azəriqaz`da TOTAL İŞDƏNÇIXARMA prosesi davam edir... - Yeni sədr XƏBƏRSİZDİR?

Dünən, 10:47- "Önümüzdəki tədris ili, təhsil sistemi ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülməlidir" - ÇAĞIRIŞ

Dünən, 10:23- Sərnişinlər AYNA-dan dayanacaq tələb edir - "Məmurların nədir bu insanlara çəkdirdiyi?.."

Dünən, 09:44- Həbsin kandarından qayıdan Quliyev necə mühüm posta gətirildi... - ŞÜBHƏLİ TƏYİNAT... ŞÜBHƏLİ "ETİMAD"

Dünən, 09:20- Rüstəm Şahbazov bu dəfə də `YIRTACAQ`? – İLGİNC İDDİALAR…

Haqqımızda Əlaqə

Burda hər an HƏKİM ÜSYANI ÇIXA BİLƏR... - NƏ BAŞ VERİR?

Tarix:26-06-2024, 12:59

Burda hər an HƏKİM ÜSYANI ÇIXA BİLƏR... - NƏ BAŞ VERİR? Məşhur sovet lətifəsi var: orta yaşlı adam küçədə xoşbəxt uşaqlığına görə Stalinə minnətdar olduğunu qışqırmağa başlayır. Ətrafdakılar isə ona havalanmış bir nəfər kimi baxırlar. Eyni sözləri təkrarladıqca çevrəsindəkilər ona yaxınlaşaraq "a kişi, nə danışırsan, sən doğulanda Stalin çoxdan ölmüşdü, necə xoşbəxt uşaqlığın üçün ona minnətdar ola bilərsən?"- deyirlər. O da qayıdır ki, elə buna görə minnətdardır, yəni o doğulana qədər Stalin öldüyü üçün...
İndi Respublika Klinik Xəstəxanasında baş verənləri görəndə bu lətifə lap yerinə düşdü. Çünki başıbəlalı tibb işçilərinin hüquqlarını müdafiə etməli olan xəstəxananın Həmkarlar İttifaqı Stalin kimi çoxdan "ölüb", kollektiv buna görə həmin sovet adamı kimi çox minnətdardır. Yəni onsuz da hal hazırda yüzlərlə həkimin , yüzlərlə tibb işçisinin bir işə yaramayan Həmkarlar İttifaqı və onun indiyiyə qədərki sədri hazırda "silahı götürüb" keçmişdi direktor Elviz Qasımov tərəfə, təmirlə əlaqədar 1-ci korpusun Bilgəhə köçürülməsinə görə "əlahəzrət hökmdar” Elviz Qasımova haqq qazandırırdı. Lap "Sehirli xalat" filmindəki vəzir kimi özünü aparırdı. Vəzir necə demişdi –qibleyi aləm bir günahkardansa, min günahsızın başını kəsmək yaxşıdır. İndi Həmkarlar İttifaqının sədri bilinmir ki, haradadır, qeybə çəkilib. Minlərlə işçinin, xəstələrin əziyyət çəkməsini üstün tutur, nəinki "padşah” Elviz Qasımova qarşı çıxmağı. Ümumiyyətlə, Həmkarlar İttifaqının sədri öz missiyasının nədən ibarət olduğunu bilmirdi. O, işçilərin haqlarını qorumalı, onların Bilgəhə sürgün olunmasına etiraz olaraq Prezidentə məktub yazmalı, məhkəmələrə üz tutmalı idi. Ancaq o, direktor Elviz Qasımovun yanında dayanmağı seçdi. Bu, saraylarda, xanlıqlarda, sultanlıqlarda məzlumun haqqını zalıma verməyə oxşayır. Hətta belə desək, xəstəxananın Həmkarlar İttifaqı sədri "Yeddi oğul istərəm" filmindəki Kələntər dayı obrazını xatırladırdı. Maraqlıdır, bu qədər gərginliyin, qalmaqalın, narazılıq və etirazların fonunda sədr hara yoxa çıxdı?
Hə, məlum oldu ki, yaş məsələsinə görə Elviz Qasımov onu da yola salıb vəzifəsini heç kəsə etibar etmr. Hazırda isə bu vəzifəni icra edərək köçən terapiya şöbələrinin kollektivi ilə ayrı ayrı vaxtlarda görüş təşkil edir. "Pakazuxa” xatirinə verdiyi qərara haqq qazandırır. Prezidentə, Mehriban xanım Əliyevaya, prezidentin köməkçisi Anar Ələkbərova müraciətlər ünvanlanır, şikayətlər göndərilir, xəstəxanada böyük bir mərəkə qopub, həngamə olub, di gəl, Həmkarlar İttifaqı sədri yoxdur ki, şikayyətlərə baxılsın, tədbir görülsün. heç nə olmamış kimi hər kəs öz kefindədir. . Halbuki Həmkarlar İttifaqı Bilgəh müsibətinə görə səsini çıxaran ilk təşkilat olmalı idi. Məlumdur ki, İnsanlara zülm olacaq bir qərar qəbul edilib, saysız-hesabsız şikayətlər var, media davamlı olaraq yazır, amma nə TƏBİB 1-ci korpusun işçilərinin Bilgəhə köçürülməsi qərarına yenidən baxır, nə də yeni yer haqda müzakirələr aparır. Xəstəxana rəhbərliyi bir addım belə atmır. İnsanlara bu qədər işgəncə verməkdən həzz almaq olarmı? Hər gün yüzlərlə tibb işçisi və onların pasientləri Bilgəhə necə gedib-gəlsinlər?
Ona görə də Həmkarlar İttifaqı ortaya çıxmalı, işçilərin hüquqlarını müdafiə etməli, gizlənməməlidir. Eləcə də Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı da bu məsələyə dair bəyanat verməli, tibb işçilərinin problemi ilə maraqlanmalıdır.
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev baş verənlərlə bağlı indiyə qədər münasibət bildirməyib. Məşhur kinoda deyildiyi kimi, "padşahdan alıb yediyin məvacib iki birnunun deşiyindən gəlsin Mirzə Səfər". O zaman tibb işçilərinin hüquqları nə zaman, hansı şəraitdə qorunacaq?
Həkimlərin Azərbaycan respulikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərova, Tibbi İcbari suğortanının icraçı direktoru Zaur Əliyevə, TƏBİB-in icraçı direktoru Vuqar Qurbanova ünvanlanan müraciətdə xəstəxanada gələcəkdə aparılacaq təmir işləri ilə əlaqədar, "Terapiya” şöbəsinin Bilgəh qəsəbəsindəki Modul Tipli Xəstəxanaya köçürüləcəyini qeyd edirlər. Təmir işlərini alqışlayan həkimlər, köçürülmə nəticəsində, işlədikləri şöbənin xəstəxanadan uzaq məsafədə olması işlədikləri xəstəxana ilə gələcəkdə tibbi əlaqənin kəsilməsinə gətirib çıxaracağı və bununla da, onların professional iş fəaliyyətlərinə və xüsusən də regionlardan müalicə və müayinəyə gələn xəstələrin vaxtında operativ şəkildə müalicə və müayinə olunmasında çətinlik yaranacağını bildirirlər. Həkimlər belə olduğu halda həm özlərinin, həm də xəstələrin çox əziyyət çəkəcəyindən, məsafə baxımdan çox uzaq olduğundan çoxlarının tezliklə işlərinin itirəcəklərindən şikayətçidirlər.
Həkimlər şəhərdən kənara çıxmamaq şərtilə istənilən uyğun şəraitdə müvəqqəti yerləşmələrini xahiş edirlər. Onlar həmin imkan mexaniziminin bu gün TƏBİBdə mümkün olduğuna əmin olduqlarını bildirirlər.

7news.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...