Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
"Lənkəran Müalicə və Diaqnostika Mərkəzində acınacaqlı vəziyyət hökm sürür. Xəstəxananın birinci mərtəbəsində su kranları sınıb, su yoxdur, ayaqyolu bərbad vəziyyətdədir".
Bunu Bakupost.az-a Cəlilabad rayon sakini Lalə Qasımova (ad-soyad şərtidir - red.) deyib.
O, iyunun 8-də doğuş üçün xəstəxanaya yerləşdirildiyini və iyunun 17-nə kimi mərkəzdə dəhşətli mənzərənin şahidi olduğunu bildirib:
"Yerləşdirildiyim palatada anti-sanitar vəziyyət hökm sürürdü. Məni palataya qəbul edəndə yataq dəstlərini belə dəyişmədilər. Məcbur qalıb çirkli, məndən əvvəlki pasiyentin yatdığı yatağa gödəkcəmi sərib uzandım. Pəncərələrin qarşısında qarışqalar gəzirdi. Hətta qarışqalar körpəmə də daraşırdılar. Bununla bağlı etdiyim müraciətlərə isə məhəl qoyan yox idi".
Şikayətçi bildirib ki, mərkəzdə hamam işləmədiyi üçün xəstələr yayın istisində əziyyət çəkirlər:
"Xəstəxanada hamam işləmir. Təsəvvür edin, artıq vəziyyət o yerə çatdı ki, Lənkərandan Cəlilabada evimizə gəlib yuyundum və bir gün sonra xəstəxanaya qayıtdım. Mərkəzin personalı da çox diqqətsizdir, xəstə ilə maraqlanmaq istəmirlər. Yalnız ayın 16-da bir yaxınımın xəstəxanaya zəng vurub şikayət etməsində sonra əl-ayağa düşdülər. Ondan sonra mənə dedilər ki, "niyə şikayət edibsən?". Həmin gün palatanı təmizlədilər, yataq dəstimi dəyişdilər və mənə diqqət göstərməyə başladılar".
Məsələ ilə bağlı Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqə şöbəsindən bildirilib ki, mərkəzdə həqiqətən də hamam problemi var:
"Bunu hələ ki, həll etmək mümkün olmayıb. Qurban bayramına görə işçilər xəstəxanada azlıq təşkil edir. Ona görə palatada müəyyən təmizlik işlərinə ehtiyac yaranıb. Amma bütün bunlar dərhal aradan qaldırılacaq və xəstələrə lazım olan bütün xidmətlər göstəriləcək".