Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Pedaqoq, nəzəriyyəçi, ilk musiqi dərs vəsaitləri kitablarının müəllifi Lamiyə İlyasqızı: "İndiki nailiyyətlərimi atama borcluyam"

Tarix:22-06-2024, 10:56

Pedaqoq, nəzəriyyəçi, ilk musiqi dərs vəsaitləri kitablarının müəllifi Lamiyə İlyasqızı: "İndiki nailiyyətlərimi atama borcluyam" - Lamiyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Sizi və dəyərli oxucuları salamlayıram. Əslində bu peşəyə yiyələnmək atamın arzusu və istəyi üzərinə 1990-cı ildə Ü.Hacıbəyli adına musiqi texnikumuna daxil olmaqla başladı. Nur içində yatsın atam, əslində indiki nailiyyətlərimi atama borcluyam. Atam İlyas Fərəməzoğlu Naxçıvan şairlər birliyinin üzvü olmuşdur və beş şer kitabının müəllifi, ziyalı insan idi. 1991-ci ildən etibarən Çərçiboğan kənd uşaq musiqi məktəbində, 1994-cü ildən bu günə kimi Bəhruz Kəngərli adına Uşaq İncəsənət musiqi məktəbində müəllim və 30 ilə yaxındır ki, nəzəri fənlər üzrə qrup dərsləri şöbə müdiri olaraq fəaliyyət göstərməkdəyəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Çalışdığım müddət ərzində uşaq musiqi məktəblərində solfecio fənni üzrə müəllim və şagirdlərin tədris vəsaitləri baxımından çox əziyyət çəkdiyinin şahidi oldum. 2020-ci ildən 2024-ci ilə kimi "Solfecio l sinif dərs vəsaiti", " Solfecio ll sinif dərs vəsaiti", " Solfecio lll sinif dərs vəsaiti", "Solfecio lV-V sinif dərs vəsaiti" kitablarını tərtib etdim. Bu dərs vəsaitləri müasir Azərbaycan təhsil sistemi əsasında bu formatda yazılan ilk kitablardır. Kitabda nəzəri bilgilerle yanaşı tapşırıq və testlər də öz əksini tapmışdır. Bununla yanaşı XX əsrin 80-cox Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığını əks etdirən "1001 sual test bankı" və 2023-cü ildə işıq üzü görən "Test bankı 2023" Azərbaycan folklor və mədəniyyəti qanunları əsasında testlər və Azərbaycan yaradıcılığı əsasında testlər tərtib olunmuşdur.

- Bir mütəxəssis olaraq nəyə yox deyirsiniz?

- Tənbəlliyin əleyhinəyəm. Elmin, təhsilin bu qədər inkişaf etdiyi bir zamanda cahilliyə-bilgsizliyə yox deyirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlar kitabları istifadə edən müəllim və şagirdlər tərəfindən "Solfecio Vl və Vll sinif dərs vəsaiti"ni yazıb təhvil verməyimi istəyirlər.

- Ailəlisinizmi?

- Bəli, evliyəm. Üç qızım var.

- Xarakter olaraq necə birisiniz?

- Sadə, araşdırmağı sevən, yeniliyə açıq olan, fərqli sahələrə maraq göstərən, öyrənən və tətbiq edən biriyəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxumağı və mütaliyə etməyi məsləhət görürəm.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Bu sahədə çalışan müəllimlərə və şagirdlərə işıq olacağımı və elmi sevgiyə dönüşdürərək təhsilə faydalı töhfə verəcəyim ağlıma gəlməzdi.

Əlaqə nömrəsi: (050) 316 88 86

Pedaqoq, nəzəriyyəçi, ilk musiqi dərs vəsaitləri kitablarının müəllifi Lamiyə İlyasqızı: "İndiki nailiyyətlərimi atama borcluyam"
Pedaqoq, nəzəriyyəçi, ilk musiqi dərs vəsaitləri kitablarının müəllifi Lamiyə İlyasqızı: "İndiki nailiyyətlərimi atama borcluyam"
Pedaqoq, nəzəriyyəçi, ilk musiqi dərs vəsaitləri kitablarının müəllifi Lamiyə İlyasqızı: "İndiki nailiyyətlərimi atama borcluyam"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...