Anons

Dünən, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Dünən, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Dünən, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Dünən, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Dünən, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Dünən, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Dünən, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Dünən, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Haqqımızda Əlaqə

"70 qəpiklik parklamaya görə 10 manat niyə cərimə ödəməliyəm?" - HƏQİQƏTƏN DƏ...

Tarix:20-06-2024, 11:39

"70 qəpiklik parklamaya görə 10 manat niyə cərimə ödəməliyəm?" - HƏQİQƏTƏN DƏ...

"70 qəpiklik parklamaya görə 10 manat niyə cərimə ödəməliyəm?" - HƏQİQƏTƏN DƏ...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi parkink xidməti artıq ciddi narazılıqlara səbəb olmağa başlayıb. Səbəb isə bu xidməti həyata keçirənlərin daha çox avtomobil sahiblərinə qarşı qanunsuzluq etməsi və pul qazanmaq üçün müxtəlif vasitələrdən istifadə etməsidir.
Tribunainfo.az xəbər verir ki, dünən ictimai fəal Səid Qərib AYNA-nın parkinq xidmətini bərbad adlandırıb. O bildirib ki, məhz xidmətin bərbad təşkili nəticəsində vətəndaşların pulları sovurulur. “Saat 20.24-də SON yazıb, park etdiyim ərazini tərk etsəm də, buna baxmayaraq, hər saat parking haqqı çıxırlar. Artıq bir saatdır ərazini tərk etmişəm, növbəti saata keçir. Ay Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Allah haqqı, Binədəyəm. Maşın da həyətdədir. Bu sisteminizə dur deyin, balansımda bir az kontur var, o da bitəndən sonra nisyə dəftərinə yazarsız”.
Səid Qərib qeyd edib ki, AYNA-nın rəhbəri Anar Rzayev vətəndaşların hesabına varlanmaq istəyir. “Hər gün milyonluq tenderləri elan edən Anar məllim Rzayev deyəsən bizim manatlarımız hesabına varlanmaq istəyir”.

Qeyd edək ki, analoji vəziyyət jurnalist Fikrət Fəraməzoğlunun da başına gəlib. Tribunainfo.az-a danışan JAMAZ.İNFO-nun baş redaktoru bildirib ki, parkinqdə maşın saxlama müddətini bitirməsinə baxmayaraq, bir neçə dəfə onun hesabından 1 manata yaxın pul çıxıblar. “Sonuncu dəfə Əhməd Rəcəbli küçəsində maşını park etmişdim. SON yazıb, çıxdıqdan 1 saat sonra cavab gəldi ki, park ərazisini tərk edə bilərəm. Amma həmin əlavə bir saatın pulunu çıxdılar”.
AYNA-nın baş ofisdə əyləşən əməkdaşları isə kifayət qədər kobud davranırlar. “Bir neçə dəfə AYNA-nın “qaynar xətti”nə zəng edib, şikayət etmişəm. Hər dəfəsində kobudcasına “kimə istəyirsiz şikayət edin” cavabını veriblər. Agentliyin bu hərəkəti qanunsuzluq, vətəndaşın cibinə girmək üzərində qurulub”.

Digər jurnalist həmkarımız İradə Nurəddinqızı isə Facebook hesabında yazıb ki, o, haqsız yerə 10 manat cərimə olunub. O, qanunsuzluqla mayın 26-da üzləşib. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Azparking sisteminizdə xəta yaranırsa, mesajla ödəmədə problem yaşanırsa, mənə niyə cərimə yazırsız? Olduğum yerdə saatlarla gözləməliyəm ki, sizin “axsaq” sisteminiz ödəməni qəbul etsin? 5 dəfə ödəniş üçün təkrar mesaj göndərmişəm! Telefonunda da qalır. Bu nə biabırçılıqdır? 70 qəpiklik parklamaya görə 10 manat niyə cərimə ödəməliyəm? Bir haldakı problem sizin sistemlikdir? Bu da təzə metoddur? Elə bil cinayət törətmişəm, filan maddənin filan bəndinə əsasən”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...