Anons

Dünən, 18:40- Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu

Dünən, 12:16- Yusif Yusibovun əməlləri ifşa olunur

Dünən, 11:47- Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi

Dünən, 11:23- BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... - Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?

Dünən, 10:43- Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? İDDİA/VİDEO

Dünən, 09:10- Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir?- Vergidən yayınma……

10-07-2025, 16:57- Yenilənmiş “Yaban Neftçibaza” sizi gözləyir! - 50% endirim - VİDEO

10-07-2025, 15:45- Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var: işçiləri necə istismar edir...

10-07-2025, 13:18-  ƏMRULLAYEV RÜŞVƏTXORLARA `STAVKA` EDİR: Boğaza qədər çirkabın içində olsan da olar - DƏLİXANADIR, VALLAH...

10-07-2025, 11:24- Gədəbəyin icra hakimiyyətinin vəzifəli şəxsi qazini döyüb?- “Lexus”a minib, qaçdı…..-VİDEO

10-07-2025, 10:44- Qazaxın da icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...

10-07-2025, 09:56- "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR?

9-07-2025, 20:04- Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsər

9-07-2025, 11:00- Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu

9-07-2025, 10:00- Abşeron rayonunda yaşıl ağacların kəsilməsini hansı məmur icazə verib?

9-07-2025, 09:00- Bu gün Azərbaycanda Diplomatiya Günüdür

8-07-2025, 11:00-  Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

8-07-2025, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

8-07-2025, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Haqqımızda Əlaqə

Keçmiş şöbə rəisi DGK-nı niyə məhkəməyə verib? – Ədalət Mehdiyevlə qurum arasındakı çəkişməsinin təfərrüatları

Tarix:23-02-2024, 18:55

Keçmiş şöbə rəisi DGK-nı niyə məhkəməyə verib? – Ədalət Mehdiyevlə qurum arasındakı çəkişməsinin təfərrüatları Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçmiş şöbə rəisi Ədalət Mehdiyevin komitəni məhkəməyə verməsinin təfərrüatları bəlli olub.

Ədalət Mehdiyevin özü Qaynarinfo-ya açıqlamasında bildirib ki, məhkəməyə müraciət etməsi işdən çıxması ilə bağlı deyil.

"Mən öz ərizəmlə işdən çıxmışam. Təqaüd yaşım çatdığı üçün ərizə yazmışam. Yəni, məni komitə sədri Şahin Bağırov işdən çıxarmayıb”, - deyə o əlavə edib.

Məhkəməyə müraciət etməsinə gəlincə, keçmiş rəis deyib ki, iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır:

"2022-ci ildə mən də daxil olmaqla 5 nəfərin işi Baş Prokuror yanında Korrurpsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. İstintaq müddətində işimdən kənarlaşdırılmışam. 11 ay araşdırma aparılıb və nəticədə məlum olub ki, bizim heç bir təqsirimiz yoxdur. Ona görə də idarə işə xitam verib. Biz də yenidən Dövlət Gömrük Komitəsinə işimizə qayıtmışıq. Həmin vaxt artıq Şahin Bağıdor komitə sədri təyin edilmişdi. O da bizi qəbul elədi, uğurlar arzuladı və dedi ki, gedin işləyib. Bir aydan sonra mənim təqaüd yaşım çatdı və öz ərizəmlə işdən çıxdım.

Məhkəməyə müraciət etməyim isə Korrupsuyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparıldığı dövrdə yığılıb qalan əmək haqqımın ödənilməsini tələb edirəm. Digər şəxlərin pulu ödənilib, bir mənimki qalıb. Ödənilməməsinin səbəbini bilmirəm. Açığı heç məbləği də bilmirəm. Bunu maliyyə idarəsi araşdırmalıdır”.

Ədalət Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olmuş Mehman Sadıqovun və DGK-nın keçmiş sədri Səfər Mehdiyevin yaxın adamı olması barədə iddiaları əsassız adlandırıb: "Necə onların adamı ola bilərəm ki, fəaliyyətimlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Əgər mənim fəaliyyətimdə doğrudan hər hansı bir neqativ hal var idisə, əvvəlcə daxili təhqiqat aparılmalı idi. Amma Səfər Mehdiyevlə Mehman Sadıqov "materialları” birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərdilər. Onların yaxın adamı olsaydım belə edərdilər? Bu məlumat əsassızdır. Bir daha bildirirəm ki, mənim Səfər Mehdiyev və Mehman Sadıqovla qohum deyiləm, onlarla heç bir yaxınlığım yoxdur”.

Məlumat üçün deyək ki, Ədalət Mehdiyev Bakı İnzibati Məhkəməsində DGK-ya qarşı iddia qaldırıb. Ləman Musayev iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı hələ ki, müəyyənləşməyib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...