Anons

Dünən, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

Dünən, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

Dünən, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Dünən, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

Dünən, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

Dünən, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Dünən, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

Dünən, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

Dünən, 12:44- Ağstafanın icra başçısının adı məhkəmə qalmaqalında – 194 minlik mənimsəmə

Dünən, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

Dünən, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Dünən, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Dünən, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

10-05-2024, 22:41- Modelyer-rəssam Turana Masimova: "İşimi çox sevdiyim üçün yorulmuram"

10-05-2024, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

10-05-2024, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

10-05-2024, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

10-05-2024, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

10-05-2024, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

10-05-2024, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

Haqqımızda Əlaqə

Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI

Tarix:16-05-2021, 15:55

Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI
2021-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 89 ölkəyə məhsul ixrac, 144 ölkədən idxal olunub.

Dövlət Statistika Koitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil edib:

“Ticarət dövriyyəsinin 4506,3 milyon dollarını və ya 64,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2530,5 milyon dollarını (36,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1975,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artmış, real ifadədə isə 15,1 faiz, o cümlədən idxal 24,3 faiz, ixrac 9,1 faiz azalıb.

2021-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə 3,7 faiz artaraq 501,5 milyon dollar olub”.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər biri 3,0 faiz olmaqla İsrail, Portuqaliya və Ukraynaya, 2,8 faizini Çinə, 2,1 faizini Birləşmiş Krallığa, 1,9 faizini Belarusa, 1,5 faizini Xorvatiyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə və Almaniyaya, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib:

“Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,5 faiz), Rusiyaya (25,9 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,7 faiz), Çinə (2,3 faiz), Belçikaya (1,8 faiz), Türkmənistana (1,6 faiz), Ukraynaya (1,5 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,3 faiz), İrana (1,1 faiz), Qazaxıstana (1,0 faiz) göndərilmiş malların payı üstün olub.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,3 faizi Çin, 7,3 faizi Almaniya, 4,6 faizi ABŞ, 3,9 faizi Ukrayna, 3,8 faizi İran, 3,2 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,4 faiz olmaqla Fransa və Norveç, 19,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 41,8 faiz, şəkər – 2,5 dəfə, bitki yağları – 37,5 faiz, meyvə və tərəvəz şirələri – 37,0 faiz, kartof – 1,6 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 1,9 dəfə, pambıq lifi – 1,6 dəfə, polietilen – 8,8 faiz, pambıq ipliyi – 6,3 faiz, bentonit gili – 8,6 faiz artmış, təzə tərəvəz ixracı isə 37,3 faiz, çay – 18,3 faiz, meyvə və tərəvəz konservləri – 5,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 22,2 faiz, tütün – 58,5 faiz, emal olunmamış alüminium – 23,5 faiz, qara metallardan borular – 36,7 faiz azalıb.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2021-ci ilin yanvar-mart aylarında bitki yağları idxalı 47,6 faiz, buğda – 13,0 faiz, xam şəkər və şəkər – 3,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 5,1 faiz, kartof – 0,6 faiz, təzə tərəvəz – 2,0 dəfə, siqaretlər – 14,8 faiz, dərman vasitələri – 30,8 faiz, rezin şinlər – 10,6 faiz, mineral gübrələr – 17,8 faiz, yük avtomobilləri – 28,5 faiz, məişət kondisionerləri – 1,6 dəfə, məişət soyuducuları – 29,0 faiz artmış, təzə meyvə idxalı isə 3,4 faiz, çay – 5,2 faiz, mal əti – 23,6 faiz, quş əti və onun əlavə məhsulları – 22,8 faiz, minik avtomobilləri – 1,4 faiz, qara metallardan borular – 38,2 faiz, polad prokatı – 58,1 faiz, hesablama maşınları, blok və qurğuları – 4,0 faiz, qara metallardan çubuqlar – 57,4 faiz, mebellər – 10,9 faiz, paltaryuyan maşınlar – 8,5 faiz, polietilen – 47,4 faiz, qara metallardan künclüklər – 39,7 faiz, avtobuslar – 39,4 faiz, sement və sement klinkerləri – 39,7 faiz azalıb” , - deyə rəsmi məlumatda bildirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...