Anons

Bu gün, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Bu gün, 12:34- “Maşınqayırma” kollecini bitirib, Bakı Sağlamlıq Mərkəzində cərrahlıq edir... - İTTİHAM VAR...

Bu gün, 11:23- Ağdamda meydan sulayan məmur KİMDİR? - Prezidentə müraciət olundu

Bu gün, 10:53- Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...

Bu gün, 10:18- Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Bu gün, 10:00- Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Bu gün, 09:35- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Bu gün, 09:11- Dövlət Su Ehtiyatları Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR...

Bu gün, 00:17- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Dünən, 13:38- Şəmkir sakini əlillik dərəcəsi ala bilmir - GİLEY

Dünən, 12:59- Xəstələri şikəst edən `Lor Hospital`… - NARAZILIQ VAR...

Dünən, 12:39- “Pilgrim Education” adlı TƏHSİL TƏLƏSİ... - İTTİHAM VAR...

Dünən, 11:36- Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Dünən, 10:57- `MediClub` tibb ocağıdır, yoxsa? - BU NƏDİ BELƏ?!

Dünən, 09:43- Faşizm üzərində qələbədən 79 il ötür

8-05-2024, 20:27- Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

8-05-2024, 20:05- Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."

8-05-2024, 19:27- Ekologiya nazirliyi və icra hakimiyyəti 4 hektar meşəni satmaq istəyir – Prezidentə müraciət edildi (FOTO)

8-05-2024, 18:37- Ağdamın baş memarının arxasında KİM DAYANIR?-Rayonda Abdulalı Mehdiyev RÜZGARI.... -VİDEO

8-05-2024, 17:50- Deputat Ülvi Quliyevin oğlunun Londondakı şirkətindən yeni xəbər -Aktivlərini artırıb

Haqqımızda Əlaqə

Bakı Dəmir Yolu Vağzalının ərazisində müasir parklanma sahələri yaradılır

Tarix:13-01-2021, 12:26

Bakı Dəmir Yolu Vağzalının ərazisində müasir parklanma sahələri yaradılır Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi yaradılacaq. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək.

Məlumata görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında deyilir.

Qeyd olunur ki, müasir texniki avadanlıqlarla təchiz ediləcək ərazidə ümumilikdə 160 ədəd nəqliyyat vasitəsinin parklanması nəzərdə tutulub. Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün 10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün ayrıca sahə ayrılacaq.

"Vağzalın qarşısında yerləşən parklanma sahəsində işlər tamamlanmaq üzrədir. 3 300 min kvadrat metr sahəsi olan bu ərazi 85 nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Cəfər Cabbarlı heykəlinin arxasındakı 800 kvadrat metrlik ərazidə 30 nəqliyyat vasitəsi, Süleyman Rəhimov küçəsindəki 2 800 kvadrat metrlik ərazidə isə 45 nəqliyyat vasitəsinin durması üçün şərait yaradılacaq", - açıqlamada deyilir.

Yeni parklanma sahələrində tariflər 0-1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün 5 manat təşkil edəcək. Velosipedlərin parklanması üçün isə ödəniş tələb olunmayacaq. Ödənişlər xüsusi terminallar vasitəsilə, kart sistemi ilə həyata keçiriləcək.

Məlumdur ki, şəhərin "giriş qapısı" funksiyasını yerinə yetirən vağzal onun haqqında ilk təəssürat yaradır. Bu baxımdan Bakı Dəmir Yolu Vağzalındakı vəziyyət olduqca önəmlidir. Parklanma sahələrinin yaradılması vağzalın ətrafında indiyə qədər mövcud olmuş xaotik hərəkətin və tıxacların aradan qaldırılmasına səbəb olacaq.

Parklanma xidmətlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Əmlak" MMC göstərəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...