Anons

Bu gün, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Bu gün, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

Bu gün, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Bu gün, 12:34- “Maşınqayırma” kollecini bitirib, Bakı Sağlamlıq Mərkəzində cərrahlıq edir... - İTTİHAM VAR...

Bu gün, 11:23- Ağdamda meydan sulayan məmur KİMDİR? - Prezidentə müraciət olundu

Bu gün, 10:53- Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...

Bu gün, 10:18- Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Bu gün, 10:00- Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Bu gün, 09:35- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Bu gün, 09:11- Dövlət Su Ehtiyatları Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR...

Bu gün, 00:17- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Dünən, 13:38- Şəmkir sakini əlillik dərəcəsi ala bilmir - GİLEY

Dünən, 12:59- Xəstələri şikəst edən `Lor Hospital`… - NARAZILIQ VAR...

Dünən, 12:39- “Pilgrim Education” adlı TƏHSİL TƏLƏSİ... - İTTİHAM VAR...

Dünən, 11:36- Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Dünən, 10:57- `MediClub` tibb ocağıdır, yoxsa? - BU NƏDİ BELƏ?!

Dünən, 09:43- Faşizm üzərində qələbədən 79 il ötür

8-05-2024, 20:27- Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

8-05-2024, 20:05- Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."

8-05-2024, 19:27- Ekologiya nazirliyi və icra hakimiyyəti 4 hektar meşəni satmaq istəyir – Prezidentə müraciət edildi (FOTO)

Haqqımızda Əlaqə

Nazirlik internetin dayandırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirdi

Tarix:16-12-2020, 13:00

Nazirlik internetin dayandırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirdi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin bəzi ərazilərində internet verilişinin dayandırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Trend-ə açıqlamasında yayılan məlumatları nazirliyə qarşı təxribat adlandırıb: "Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından guya 16 dekabr saat 00:00-dan Azərbaycan Respublikasının qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb. Məlumat Nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Qeyd edək ki, 27 sentyabr tarixində Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində qanunamüvafiq olaraq müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyəti hər iki halda bu barədə KİV vasitəsilə xəbərdar edib.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...