Anons

Bu gün, 11:23- Ağdamda meydan sulayan məmur KİMDİR? - Prezidentə müraciət olundu

Bu gün, 10:53- Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...

Bu gün, 10:18- Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Bu gün, 10:00- Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Bu gün, 09:35- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Bu gün, 09:11- Dövlət Su Ehtiyatları Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR...

Bu gün, 00:17- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Dünən, 13:38- Şəmkir sakini əlillik dərəcəsi ala bilmir - GİLEY

Dünən, 12:59- Xəstələri şikəst edən `Lor Hospital`… - NARAZILIQ VAR...

Dünən, 12:39- “Pilgrim Education” adlı TƏHSİL TƏLƏSİ... - İTTİHAM VAR...

Dünən, 11:36- Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Dünən, 10:57- `MediClub` tibb ocağıdır, yoxsa? - BU NƏDİ BELƏ?!

Dünən, 09:43- Faşizm üzərində qələbədən 79 il ötür

8-05-2024, 20:27- Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

8-05-2024, 20:05- Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."

8-05-2024, 19:27- Ekologiya nazirliyi və icra hakimiyyəti 4 hektar meşəni satmaq istəyir – Prezidentə müraciət edildi (FOTO)

8-05-2024, 18:37- Ağdamın baş memarının arxasında KİM DAYANIR?-Rayonda Abdulalı Mehdiyev RÜZGARI.... -VİDEO

8-05-2024, 17:50- Deputat Ülvi Quliyevin oğlunun Londondakı şirkətindən yeni xəbər -Aktivlərini artırıb

8-05-2024, 15:41- Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

8-05-2024, 15:22- Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Haqqımızda Əlaqə

Bu ərazilərdə bayram yarmarkası keçiriləcək

Tarix:16-12-2020, 10:48

Bu ərazilərdə bayram yarmarkası keçiriləcək 21-31 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Qış yarmarkası təşkil olunacaq. Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə satışa çıxaracaq.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarkanın təşkili zamanı koronavirus pandemiyasına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulan karantin rejimi tələblərinə tam əməl olunacaq. Belə ki, yarmarkanın baş tutduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçiriləcək, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, yarmarka ərazisində dezinfeksiya edici məhsullar yerləşdiriləcək, fermerlər zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.

Xatırladaq ki, “Kənddən Şəhərə” Qış yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir əlavə xərc sərf etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. Yarmarkada məhsulların qiyməti digər topdan və pərakəndə satış məntəqələrindəki ilə müqayisədə xeyli münasib olacaq.

Qeyd edək ki, Nərimanov rayonunda təşkil olunacaq (Gənclik metro stansiyasının yanı) yarmarka ərazisində ATT və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb. “Kənddən Şəhərə” Qış yarmarkasının baş tutacağı digər iki ünvan isə aşağıdakılardır:

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41Aскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...