Anons

Bu gün, 19:12- Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov

Bu gün, 18:30- Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir-Nəsimi rayonunda qalmaqal

Bu gün, 15:55- Mərkəzi Bankda YENİ TƏYİNAT

Bu gün, 15:30- AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Bu gün, 14:31- Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı - Elçin Yusubovu təhdid edənlər kimdir

Bu gün, 13:35- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gün, 13:09- “McDonalds Azərbaycan” işçiləri istismar edir - GİLEY

Bu gün, 11:59- Keçmiş deputat yenə meydandadır... MEYDAN SULAYIR... - İLGİNC İDDİALAR...

Bu gün, 10:53- Meşə heyvanlarının SAHİBİ DÖVLƏT DEYİLMİ? - ETİRAZ VAR...

Bu gün, 10:17- “Yaşı ilə bağlı Vahid Babayevi önə verirlər, əsl günahkar digərləridir” - İTTİHAM VAR...

Bu gün, 09:26- Bu qurumlarda qanun saya salan yoxdur... - İTTİHAM VAR...

Bu gün, 08:54- "Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır -ŞİKAYƏT

11-05-2024, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

11-05-2024, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

11-05-2024, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

11-05-2024, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

11-05-2024, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

11-05-2024, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

11-05-2024, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

11-05-2024, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

Haqqımızda Əlaqə

AQTA balıqçılıq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib

Tarix:3-12-2019, 14:45

AQTA balıqçılıq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) balıqçılıq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib.

AQTA-dan verilən məlumata görə, xəbərdarlıqda qeyd edilir ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qida təhlükəsizliyi qeydiyyatına alınır. Qanunvericiliyə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida sahəsində fəaliyyət göstərməsi qadağandır.

Eyni zamanda 12 iyul 2019-cu il tarixində “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər: "Balıq məhsullarının ölkəyə idxalı ilə məşğul olan, həmçinin həmin məhsulları istehsal edən təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması zəruridir. Bununla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinin diqqətə çatdırılması və yeni dəyişikliklər barədə məlumat verilməsi məqsədilə balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşlər keçirilmiş, onlara rəsmi məktublar göndərilmiş və yeni qaydaların icrası ilə bağlı təlimatlar verilib. Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, 1 yanvar 2020-ci il tarixinə qədər ölkəyə idxal olunan balıq və balıq məhsullarının istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatından keçirilməsi təmin edilməlidir. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməmiş müəssisələrdə istehsal olunmuş balıq və balıq məhsulların ölkəyə idxalına yol verilməyəcək”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...