Anons

Bu gün, 19:12- Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov

Bu gün, 18:30- Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir-Nəsimi rayonunda qalmaqal

Bu gün, 15:55- Mərkəzi Bankda YENİ TƏYİNAT

Bu gün, 15:30- AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Bu gün, 14:31- Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı - Elçin Yusubovu təhdid edənlər kimdir

Bu gün, 13:35- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gün, 13:09- “McDonalds Azərbaycan” işçiləri istismar edir - GİLEY

Bu gün, 11:59- Keçmiş deputat yenə meydandadır... MEYDAN SULAYIR... - İLGİNC İDDİALAR...

Bu gün, 10:53- Meşə heyvanlarının SAHİBİ DÖVLƏT DEYİLMİ? - ETİRAZ VAR...

Bu gün, 10:17- “Yaşı ilə bağlı Vahid Babayevi önə verirlər, əsl günahkar digərləridir” - İTTİHAM VAR...

Bu gün, 09:26- Bu qurumlarda qanun saya salan yoxdur... - İTTİHAM VAR...

Bu gün, 08:54- "Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır -ŞİKAYƏT

11-05-2024, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

11-05-2024, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

11-05-2024, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

11-05-2024, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

11-05-2024, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

11-05-2024, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

11-05-2024, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

11-05-2024, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

Haqqımızda Əlaqə

Bakıda Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi açılıb

Tarix:3-12-2019, 13:11

Bakıda Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi açılıb Dekabrın 3-də Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin açılış mərasimi keçirilib.

Sərgi iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini - 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb.

“İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynayır”, - deyə nazir vurğulayıb.

R.Quluzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahatları aparılır. Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı dövləti siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hazırda ölkəmizdə idarəetmədə informasiya texnologiyalarının və innovasiyaların tətbiqi genişləndirilir.

Struktur islahatlarının iqtisadiyyatın yeni inkişaf məqsədlərinə uyğunlaşdırıldığını deyən nazir ölkəmizdə yeni innovasiya ekosisteminin yaradıldığını diqqətə çatdırıb.

O vurğulayıb ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq dövlət başçımız tərəfindən “Hökumət buludu” Konsepsiyası təsdiq edilib. Bu konsepsiya ölkəmizdə dövlət idarəçiliyində və digər fəaliyyət sahələrində bulud texnologiyalarının tətbiqi üçün geniş imkanlar yaradır.

R.Quluzadə “Bakutel 2019” yubiley sərgisinin hər il olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.

Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) baş katibi Haulin Zao yubiley sərginin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanda son illər İKT sahəsində həyata keçirilən islahatları təqdir edib.

O, sərgidə nümayiş olunan Azərbaycan startaplarının məhsullarını maraqla qarşılayıb.

H.Zao sentyabrda Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” devizi ilə Bakıda “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının keçirildiyini xatırladıb. O bildirib ki, gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın paytaxtı Hanoyda keçiriləcək. Azərbaycan sərgidə iştirak üçün dəvət edilib.

“Caspian Event Organisers” şirkətinin rəhbəri Edvard Stron isə sərginin işinə uğurlar arzulayıb.

Sərginin açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar və ziyarətçilər sərginin pavilyonları ilə tanış olublar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...