Bu gün, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Bu gün, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Bu gün, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Bu gün, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Bu gün, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Bu gün, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Bu gün, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında
Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Mədinə" Humanitar Yardım Təşkilatı ictimai birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun təşkilatçılığı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması" layihəsi çərçivəsində 29 aprel tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndər" Kuboku yarışı davam edir.
İlk etapının sonuncu, dördüncü oyunu Qax rayonu Olimpiya İdman kompleksi stadionunda, müharibə iştirakçıları və qazilərinin cəlb olunması, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi ilə yaradılmış yeni "Difai" (Qax) və "Difai" (Zaqatala) arasında keçirilib.
Tədbirdə "Mədinə" Humanitar Yardım Təşkilatı ictimai birliyi, "Difai" Futbol Klubu, Qax Rayon İcra Hakimiyyəti, yerli Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Qax rayonu şöbəsinin sədri, Qax Olimpiya İdman Kompleksinin rəhbərliyi, mətbuat nümayəndələri, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və azarkeşlər iştirak edib.
Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut ilə yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.
Çıxış edənlər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış tarixi qələbədən danışıblar.
Onlar başda cənab Prezident İlham Əliyev olmaqla, Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müharibə iştirakçıları və qazilərə göstərdikləri diqqət üçün təşəkkürlər bildiriblər.
Natiqlər müharibə qəhrəmanları olan gənclərimizin sağlam həyatın təbliği istiqamətində və idman arenasında göstərəcəkləri uğurların önəmini vurğulayıblar.
Oyuna gəlincə, qarşılaşma 5:2 hesabı ilə Qax komandasının qələbəsi ilə başa çatıb.
Daha öncə "Difai"nin Tovuz, Quba və İsmayıllı təmsilçilərinin yarımfinala vəsiqə qazandığını bildirək. "Ulu Öndər" Kubokuna mayın 10-da yekun vurulacaq.