Anons

11-05-2024, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

11-05-2024, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

11-05-2024, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

11-05-2024, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

11-05-2024, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

11-05-2024, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

11-05-2024, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

11-05-2024, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

11-05-2024, 12:44- Ağstafanın icra başçısının adı məhkəmə qalmaqalında – 194 minlik mənimsəmə

11-05-2024, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

11-05-2024, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

11-05-2024, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

11-05-2024, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

10-05-2024, 22:41- Modelyer-rəssam Turana Masimova: "İşimi çox sevdiyim üçün yorulmuram"

10-05-2024, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

10-05-2024, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

10-05-2024, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

10-05-2024, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

10-05-2024, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

10-05-2024, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

Haqqımızda Əlaqə

PES2020 üzrə Azərbaycan çempionatı keçiriləcək

Tarix:10-02-2020, 16:31

PES2020 üzrə Azərbaycan çempionatı keçiriləcək Martın 3-də idman jurnalistləri arasında ilk dəfə PES2020 üzrə Azərbaycan çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, 5 mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş yarış Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) və Azərbaycan Kiberidman Federasiyasının (AzKİF) birgə təşkilatçılığı "Nizami E-Sport Arena" və GLA-nın tərəfdaşlığı ilə gerçəkləşəcək.

Olimpiya sistemi üzrə keçirilən çempionatın qalibinə "PlayStation 4" veriləcək. Finalçı "Nizami E-Sport Arena"dan 100 saat, 3-cü yerin sahibi isə 50 saat hədiyyə kartı qazanacaq.

İdman Jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatının Əsasnaməsi
1. Turnirdə iştirak etmək üçün yaş həddi: 16+
2. Oyunlar PlayStation 4-də oynanılacaq.
2.1. Çempionat “eFootball PES2020” oyunu üzrə keçiriləcək.
2.2. Hər mərhələ 1 oyundan ibarətdir.
2.3. Qələbə qazanmış iştirakçı növbəti mərhələyə keçəcək.
2.4. Seçim yalnız futbol klubları olacaq.
2.5. Hər bir iştirakçı turnir boyu özünə yalnız bir klub seçə bilər.
2.5.1. Çempionatda iştirak üçün seçəcəyiniz klubu qeydiyyat zamanı bildirməlisiniz və bu seçim çempionat boyu dəyişdirilə bilməz.
3. Ev sahibi və qonaq qismində oyuna başlamaq seçimi püşkatma ilə müəyyənləşdirilir.
3.1. Formal ev sahibi komandası forma seçimini birinci edir.

Şərtlər
1. Turnir zamanı oyunlar əvvəlcədən müəyyən olunan vaxtda başlayacaq.
1.1. Hər bir iştirakçının oyun vaxtı öncədən qeyd olunacaq.
2. Gecikən iştirakçıya maksimum 5 dəqiqə gözləmə müddəti verilir.
3. İştirakçı öz matçının başlama vaxtından 15-30 dəqiqə əvvəl oyun zalında olmalıdır.
4. Oyunda iştirak etmədiyi halda, iştirakçıya avtomatik olaraq 3-0 hesabı ilə texniki məğlubiyyət verilir.
5. Təşkilatçılar istənilən vaxt turnirin reqlamentini dəyişmək hüququna malikdir.

Qadağalar
1. Oyun zamanı sakitliyə riayət olunmalıdır.
2. Oyunun gedişatı zamanı iştirakçılara kənardan müdaxilə oluna bilməz.
3. Qeyri-etik və rəqibi alçaldıcı ifadələrdən istifadə etmək qadağandır.
4. Oyun zamanı oynayan iki iştirakçıdan biri digərinə psixoloji təzyiq göstərərsə, fiziki və ya hər hansı digər bir müdaxilə edərsə, həmin iştirakçı çempionatdan uzaqlaşdırılacaq.

Oyun sazlamaları
1. Oyun iki hissədən ibarətdir. Hər bir hissə 7 dəqiqə davam edir. Oyunun müddəti ümumilikdə 14 dəqiqə olacaq.
2. 1/8 – 1/4 mərhələ: oyun iki hissədən ibarətdir. Hər bir hissə 7 dəqiqə davam edir. Oyunun müddəti ümumilikdə 14 dəqiqə olacaq.
3. Yarımfinal və Final oyunları: Üç oyun keçiriləcək. Oyun iki hissədən ibarətdir. Hər bir hissə 7 dəqiqə davam edir. Oyunun müddəti ümumilikdə 14 dəqiqə olacaq.
4. Əgər oyun heç-heçə bitərsə, əlavə hissələr oynanılacaq. Əlavə hissələr də heç-heçə bitərsə, qalib müəyyən olunanadək 11 metrlik cərimə zərbələri vurulacaq.
5. Oyunun çətinliyi – Futbol ulduzu
6. Stadion – Random
7. Hava – Yay fəsli, aydın hava
8. Oyunun sürəti – Standart
9. Oyunçu zədələnmələri – Aktiv
10. Oyunçu dəyişikliyi – 3 (+1 əlavə hissələrdə)
11. Fiziki vəziyyəti: Evdə
12. Fiziki vəziyyəti: Səfərdə
13. Oyun kamerası – Standart
14. Sazlamalarda oyunçu gücləri ilə bağlı düzəlişlər etmək olmaz.
15. İdarəolunma (idarə cihazının) sazlamalarını istədiyiniz kimi dəyişmək mümkündür.

*Yarış zamanı avadanlıqlara hər hansı zərər vurularsa, xərci iştirakçı tərəfindən qarşılanmalıdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...