Anons

Bu gün, 10:53- Meşə heyvanlarının SAHİBİ DÖVLƏT DEYİLMİ? - ETİRAZ VAR...

Bu gün, 10:17- “Yaşı ilə bağlı Vahid Babayevi önə verirlər, əsl günahkar digərləridir” - İTTİHAM VAR...

Bu gün, 09:26- Bu qurumlarda qanun saya salan yoxdur... - İTTİHAM VAR...

Bu gün, 08:54- "Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır -ŞİKAYƏT

11-05-2024, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

11-05-2024, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

11-05-2024, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

11-05-2024, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

11-05-2024, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

11-05-2024, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

11-05-2024, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

11-05-2024, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

11-05-2024, 12:44- Ağstafanın icra başçısının adı məhkəmə qalmaqalında – 194 minlik mənimsəmə

11-05-2024, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

11-05-2024, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

11-05-2024, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

11-05-2024, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

10-05-2024, 22:41- Modelyer-rəssam Turana Masimova: "İşimi çox sevdiyim üçün yorulmuram"

10-05-2024, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

10-05-2024, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

Haqqımızda Əlaqə

Azərbaycan dünyanın 30-dan artıq ölkəsinə yardım edib

Tarix:24-06-2021, 12:46

Azərbaycan dünyanın 30-dan artıq ölkəsinə yardım edib
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İnkişafa Yardım Komitəsinin (OECD DAC) rəsmi internet səhifəsində ölkəmizin xarici ölkələr və beynəlxalq təşkilatlara göstərdiyi yardımları barədə hesabatı dərc edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, hesabatda aparılmış uğurlu siyasət nəticəsində ölkəmizin yardım alan dövlətdən yardım edən donora çevrildiyi, beynəlxalq yardımların operativ və əlaqələndirilmiş şəkildə göstərilməsi üçün 2011-ci ildə Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis olunduğu vurğulanır. Beynəlxalq yardım siyasətində Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutan ölkəmizin qlobal donorluq missiyasında özünə məxsus yer tutduğu, dünyada yayılmış yeni növ koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası tərəfindən 30-dan çox xarici ölkəyə və 3 beynəlxalq təşkilata yardım edildiyi qeyd edilir.

Hesabatda, həmçinin AIDA-nın fəaliyyətində qlobal sülh, təhlükəsizlik və insanların firavan həyatının təmin edilməsi prinsiplərini rəhbər tutduğu, daha çox təcrübə mübadiləsi, ictimai xidmətlərin inkişafı, təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, gənclərin və qadınların cəmiyyətdə rolunun artırılması və digər mühüm sahələrdə inkişaf etməkdə olan ölkələrdə iki və çoxtərəfli əsasda həyata keçirilən təşəbbüslərə dəstəyin göstərildiyi bildirilir. Ölkəmiz tərəfindən göstərilmiş yardımların sektorlar üzrə bölgüsü və statistik rəqəmlərlə yardımları əks olunur.

Ölkəmizin donorluq fəaliyyətinə dair məlumatların beynəlxalq hesabatlarda dərc edilməsi, onun yardım siyasətinə, yüksək iqtisadi imkanlarına beynəlxalq ictimaiyyət tərəfindən qiymətin verilməsi, Azərbaycanın regionun aparıcı dövləti kimi qəbul olunması məhz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticələridir.

Qeyd edək ki, 1961-ci ildə fəaliyyətə başlamış nüfuzlu beynəlxalq təşkilat olan, yüksək iqtisadi göstəricilərə malik 40 donor dövləti öz ətrafında birləşdirən OECD dünyada həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən təşəbbüs və proqramları təbliğ etməkdədir. OECD-nin vacib komitələrindən biri olan DAC isə əsasən donor dövlət və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Ölkəmiz sözügedən komitədə 2019-cu ildən etibarən iştirakçı statusu ilə təmsil olunur.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...