Anons

Dünən, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

Dünən, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

Dünən, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Dünən, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

Dünən, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

Dünən, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Dünən, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

Dünən, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

Dünən, 12:44- Ağstafanın icra başçısının adı məhkəmə qalmaqalında – 194 minlik mənimsəmə

Dünən, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

Dünən, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Dünən, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Dünən, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

10-05-2024, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

10-05-2024, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

10-05-2024, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

10-05-2024, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

10-05-2024, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

10-05-2024, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

10-05-2024, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Haqqımızda Əlaqə

Vətən Müharibəsində tarixi Zəfərimiz regionda yeni siyasi-iqtisadi perspektivlər açır

Tarix:18-12-2020, 13:11

Vətən Müharibəsində tarixi Zəfərimiz regionda  yeni siyasi-iqtisadi perspektivlər açır Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib Görüşdə döqqəti cəlb edən məzmunlu çıxışı ilə Prezident İlham Əliyev düşünülmüş uzaqgörən siyasəti nəticəsində dünyanın ən təcrübəli lideri kimi həmişə haqli olduğunu bir daha təsdiq etdi.

Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolla həlli üçün bütün imkanlardan istifadə etməyə çalışsa da, məhz Minsk qrupunun səmərəsiz fəaliyyəti və Ermənistanın qeyri-konstruktiv mövqeyi uğur əldə olunmasına imkan vermədi. Uzun müddət ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlarla yanaşmalarını aydın şəkildə gördük. Lakin biz bu müddətdə həmsədrlərin təcavüzkara qarşı tamamilə loyal münasibətini müşahidə etdik. Onlar tərəfindən Azərbaycan torpaqlarının işğalı faktına qarşı heç bir ciddi, ardıcıl etiraz bildirilmədi. Təəssüf ki, bu da Ermənistanı işğalı davam etdirməyə həvəsləndirən əsas amillərdən biri oldu. Nəticədə, faşist ideologiyasını dövət strategiya və taktilası kimi qəbul edən Ermənistan yırtıcı və dağıdıcı siyasətilə Azərbaycan dövlətinə və xalqına qarşı heç bir əsası olmayan nifrəti və qisasçılıq münasibəti regionda siyasi və iqtisadi vəziyyəti otuz ildən artıq dondurdu və regionda təsəvvürolunmaz mənfi durum yaratdı. İndi bunu aradan qaldırmaq xeyli zaman və maddi vəsait tələb edəcəkdir.

Prezident İlham Əliyev Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını açıq şəkildə söyləyərək bildirdi ki, münaqişəni Minsk qrupu deyil, Azərbaycan hərbi-siyasi vasitələrlə həll edib. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan hərb meydanında Ermənistanın başını dəmir yumruqla əzməsəydi, təslim aktına könüllü imza atmayacaqdı. Ordumuzun döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirməsi ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın edib. Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun layiqli tarixi Zəfəri nəinki iişğal edilmiş bütün yeddi rayonunu, həm də bütün Qarabağı azad etdi. Bu Qələbə Dövlətin, Ordunun və Xalqın möhtəşən birliyinin nəyə qadir olduğnu canlı şəkildə göstərdi və bütün dünyaya xalqımızın qəhrəmanlığını və məğrurluğunu parlaq şəkildə təsdiq etdi.

Prezident İlham Əliyev birinci Qarabağ müharibəsində Ermənistanın keçmiş rəhbərləri olan Sarkisyan və Köçəryanı hərbi cinayətkarlar adlandırdı. Bildirdi ki, bu hərbi cinayətkarlar da öz layiqli cəzalarını alacaqlar.

Eyni zamanda, son zamanlar terror aktları törətməyə cəhd edən qrupları da ciddi xəbərdar etdi və vurğuladı ki, əgər belə hallar davam edərsə, bu dəfə onlar tamamilə darmadağın ediləcəklər.

Dövlətimizin başçısı İlham Əliyev görüşdə Ermənistanın törətdiyi hərbi cinayətlərin hazırda sənədləşdirildiyini, Azərbaycanın artıq törədilən cinayət əməlləri ilə bağlı hüquqi proseduralara başladığını qeyd etdi və bildirdi ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir ki, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəkdir.

Bu görüş bir daha göstərdi ki, ötən 28 ildə müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti münaqişənin dinc yolla həllində heç bir rol oynamayıb. Dünya birliyı və nüfuzlu beynəlxalq təşkilatlar Minsk Qrupunun bu yanlış və uğursuz siyasi fəaliyyətindən lazımi nəticə çıxarmalı və Ermənistanın yenidən sabitliyi pozmağa cəhd etməməsi üçün ciddi nəzarət sistemiini işləyib hazırlamalı və təxirəsalmadan həyata keçirməlidirlər

Cənab Prezidentin qeyd etdiyi kimi, Vətən müharibəsinin nəticələri Azərbaycanın və regionun qarşısında yeni perspektivlər açıb. Eynı zamanda, Minsk qrupu çərçivəsində Türkiyənin proseslərə fəal qoşulmas yeni iqtisadi əməkdaşlığın yaranmasına,kommunikasiyaların açılmasına, çoxtərəfli iqtisadi əlaqələrin qurulmasına, yeni əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsinə və regionun həyatında yeni bir mərhələnin başlanmasına səbəb olacaqdır.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...