Anons

Bu gün, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

Bu gün, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

Bu gün, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Bu gün, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

Bu gün, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

Bu gün, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Bu gün, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

Bu gün, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

Bu gün, 12:44- Ağstafanın icra başçısının adı məhkəmə qalmaqalında – 194 minlik mənimsəmə

Bu gün, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

Bu gün, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Bu gün, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Bu gün, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

Dünən, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dünən, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

Dünən, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

Dünən, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

Dünən, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Dünən, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

Dünən, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Haqqımızda Əlaqə

227 min rüşvət verdi, iki tenderi birdən uddu

Tarix:18-12-2020, 10:14

227 min rüşvət verdi, iki tenderi birdən uddu Şabran rayon İcra Hakimiyyəti bir gündə 2 tender keçirib. Hər iki tenderin qalibi “Şabran D” MMC olub.

Belə ki, Şabran şəhərinin küçə yollarının təmir işləri üçün 447 min 22 manat 35 qəpik, Şabran şəhərində abadlıq işlərinin aparılması üçün isə 395 min 412 manat 69 qəpik “Şabran D” MMC-yə ödəniləcək.

Maraqlıdır ki, bu MMC-nin direktoru Cəlal Bədəlovla Şabran İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov arasında ciddi maliyyə konflikti olub. Yayılan məlumatlara görə, tərəflər arasında 227 min manatlıq məhkəmə mübahisəsi baş verib.

Cəlal Bədəlovun mediada dərc olunan şikayətlərin birində deyilir: “Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderindən iştiraka razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq 227.000 (iki yüz iyirmi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb pulları geri istədim. Mehdi Balabəyov çox get-gəldən sonra 5 nəfərin iştirakı ilə məndən aldığı puldan 50.000 (əlli min) manat qaytardı və yenə də gözləməyi təklif etdi.

Lakin qalan pulumu qaytarmadı. Onun bu hərəkətləri ilə bağlı dəfələrlə Hüquq Mühafizə Orqanlarına müraciət etmişəm. Mehdi Balabəyov öz həmkarları tərəfindən müdafiə olunaraq, məndən aldığı pulları qaytarmaq istəmir.

Mən bu dəfə sizə Mehdi Balabəyovun səs yazılarını və görüntülü video çəkilişini əks etdirən diskləri göndərir və xahiş edirəm ki, bu faktın araşdırılmasına, Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyovun əməllərinə hüquqi qiymət verilməsi və mənimsədiyi pulların mənə qaytarılmasına köməklik göstərəsiniz”…

Əlavə şərhə ehtiyac görmürük…скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...