Dünən, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi
Dünən, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?
Dünən, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL
Dünən, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ
Dünən, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...
Dünən, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib
Dünən, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?
Dünən, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA
Dünən, 12:44- Ağstafanın icra başçısının adı məhkəmə qalmaqalında – 194 minlik mənimsəmə
Dünən, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Dünən, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ
Dünən, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?
10-05-2024, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...
10-05-2024, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı
10-05-2024, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...
10-05-2024, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR
10-05-2024, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ
10-05-2024, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA
10-05-2024, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır
SEVİMLİ VƏ UNUDULMAZ MÜƏLLİMİM, İSTEDADLI ŞAİR VƏ ALİM NƏRİMAN ƏLİYEVİN İŞIQLI XATİRƏSİNƏ DƏRİN EHTİRAMLA
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Şair, ziyalı, kamil insan, əsl vətənpərvər və nəhayət, müəllim kimi tanıdığım, çox dəyərli bildiyim Nəriman Əliyevi hər zaman böyük hörmət və məhəbbətlə xatırlayıram.
Nəriman müəllim ilk növbədə şair idi... "Elin məhəbbəti dayağım olub" deyən şairə görə "insanı əbədiyyətə həyat sevgisi" qovuşdurur ("Ömrün payızı"). Bu fəlsəfi dərk şairin yaradıcılığını klassiklərlə üzvi şəkildə bağlayır, yəni Nəriman Əliyevin sözü (şeiri) dünənlərlə sabahlar arasında kəlam körpüsüdü. Nizami Gəncəvinin "Oğlum Məhəmmədə nəsihət"ini, Seyid Əzim Şirvaninin "Oğluma nəsihət"ini zamanında gənclərin mənəvi baxımdan formalaşmasında ədəbi vasitə bilmişik. Müəllimlər də, valideynlər də tərbiyə prosesində şair sözündən kifayət qədər bəhrələniblər. Nəriman Əliyevin "Oğluma nəsihət"i özünəməxsusluğuyla seçilir, səmimidir, müəllim duyumu ilə yazılıb, eldən gələn ifadələrə yeni çalar verilib.
Vətənpərvər şair Nəriman Əliyev yurda, torpağa ürəkdən, təmənnasız bağlı bir insan olaraq doğma Zəngilana böyük sevgisini sədaqətlə, səmimiyyətlə, ən əsası, istedadla ifadə edib:
Yenə də Həkəri sədlərin aşıb,
Oxçu çay kükrəyib, Bəsit çay daşıb,
Üçü də Arazla bərk qucaqlaşıb...
Şairin Arazı ruhun ayrılıq çayı kimi təqdim etdiyinə zərrəcə şübhən qalmır; işğal sıxıntılarına görə Həkəri məcrasına sığışa bilmir, Oxçu çayını da eyni ağrı-acılar kükrədib, Bəsit çay da bu həsrətin cəfakeşlərindəndir. Üç misrada istər ayrılıqda, istərsə də vəhdətdə üç düşündürücü mətləb şeirin leytmotivi kimi oxunur, təbii ki, belə də yadda qalacaq.
Şair Nəriman Əliyevin Zəngilana həsr etdiyi digər şeirinin də ruhu Vətən həsrətidi. Bu həsrət 1993-cü ilin oktyabrın sonundan gizildəməkdəydi. Amma bu gizilti ilahi bir inama söykənmişdi: qayıdacağıq! Ona görə də şair yazırdı:
Gün gələr, düşməndən qisas alarıq...
Doğma yurdumuzda ocaq qalarıq,
Səndə şənlənərik yenə, Zəngilan!
Şeir 1998-ci ildə yazılıb. 22 il əvvəl. Şair inamı, şair qətiyyəti zamanı 22 il qabaqlayır. 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan Vətən müharibəsi ordumuzun qələbəsiylə başa çatdı. Digər ərazilərimiz kimi Zəngilan da işğaldan azad edildi. Şair inamı şeir yazıldığı ildə də, qələbədən sonra da yaşarı inam kimi yaşayır. Zəngilan Nəriman müəllimin doğulduğu rayondu. Şairlər üçün Vətən kəlməsi çox geniş mahiyyətlidi. Şair olaraq Zəngilanın dərdini ömrünə köçürən Nəriman müəllim Qubadlının ağrı-acılarına da biganə qalmır, onun da taleyinə söz işığı salmaq istəyir:
Hər qayan bir səngər, hər oğlun sipər,
Gün gələr yoluna hünər nur səpər.
Qələbə bayrağım alnından öpər,
Az qalıb o xoşbəxt günə, Qubadlı!
"Zəngilan" şeiri ilə "Qubadlı" şeiri arasında məfkurə, niyyət, istək oxşarlığı, bəlkə də eyniliyi hər iki şeiri çağdaş poeziyamızın ruh şeirinə çevirib; hər iki şeirdə dövlətçiliyə, orduya sədaqətin ifadəsi görünür. Yəni qələbəyə inam elə sədaqət deməkdi. Şair Nəriman Əliyevin inama söykənən şeirləri belə oxunur, belə yadda qalır, belə yaşadılacaq...