Anons

Dünən, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

Dünən, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

Dünən, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Dünən, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

Dünən, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

Dünən, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Dünən, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

Dünən, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

Dünən, 12:44- Ağstafanın icra başçısının adı məhkəmə qalmaqalında – 194 minlik mənimsəmə

Dünən, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

Dünən, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Dünən, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Dünən, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

10-05-2024, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

10-05-2024, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

10-05-2024, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

10-05-2024, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

10-05-2024, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

10-05-2024, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

10-05-2024, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Haqqımızda Əlaqə

Təbiət fənləri üzrə təhsil proqramları və dərsliklər təkmilləşdiriləcək

Tarix:20-11-2020, 12:21

Təbiət fənləri üzrə təhsil proqramları və dərsliklər təkmilləşdiriləcək Təhsil Nazirliyi Sinqapurun təhsil sahəsindəki nailiyyətlərini nəzərə alaraq, bu ölkənin “Alston” Nəşriyyat Evi ilə uzunmüddətli əməkdaşlığa imza atıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. Layihə Təhsil İnstitutu tərəfindən icra olunacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” təsdiq olunub. Sənədə əsasən V sinifdə “Təbiət” fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək.

Layihə çərçivəsində I-IV sinif “Həyat bilgisi” fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənəcək və yeni V sinif “Təbiət” fənni üzrə məzmun standartları yazılacaq. Bununla yanaşı, V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacaq.

Ümumi təhsil sahəsində aparılan beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsasən, Sinqapur dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahibdir. Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il hesabatına əsasən, Sinqapurun IV sinif şagirdləri təbiət elmləri üzrə ortalama 590 bal toplayaraq 47 ölkə arasında birinci yerə, VIII sinif şagirdləri isə ortalama 597 bal toplayaraq 39 ölkə arasında birinci yerə çıxıb. Eyni zamanda Şagird Nailiyyətlərinin Beynəlxalq Qiy-mətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən, təbiət elmləri üzrə Sinqapurun 15 yaşlı şagirdlərinin ortalama müvəffəqiyyəti 551 bal olub ki, bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə iştirakçı ölkələr arasında 2-ci yer deməkdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...