Anons

Bu gün, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

Bu gün, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

Bu gün, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Bu gün, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

Bu gün, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

Bu gün, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Bu gün, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

Bu gün, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

Bu gün, 12:44- Ağstafanın icra başçısının adı məhkəmə qalmaqalında – 194 minlik mənimsəmə

Bu gün, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

Bu gün, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Bu gün, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Bu gün, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

Dünən, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dünən, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

Dünən, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

Dünən, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

Dünən, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Dünən, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

Dünən, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Haqqımızda Əlaqə

Müddətli həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatdıb

Tarix:31-01-2020, 13:14

Müddətli həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatdıb Prezident İlham Əliyevin 2019-cu il noyabrın 26-da imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncama uyğun olaraq növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşıb.

Ölkəmizin bütün şəhər və rayonlarında SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin şəxsi heyətinin, ictimaiyyətin, hüquq mühafizə orqanları, şəhər və rayon icra hakimiyyəti, kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələri üzvlərinin, veteranların və valideynlərin iştirakı ilə keçirilən yolasalma mərasimləri əsl bayram təntənəsinə çevrilib. Çağırışçılar həqiqi hərbi xidmətə mütəşəkkilliklə və böyük ruh yüksəkliyi ilə yola düşüblər.

Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar. Yanvar ayında müddətli həqiqi hərbi xidmətə cəlb edilən çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar. Vətəndaşlara xidmət edəcəkləri hərbi hissə və qoşun növünü həm də SHXÇDX-nin rəsmi internet saytının "Elektron xidmət" bölməsinin "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar" alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirmək imkanı yaradılıb.

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, ölkə vətəndaşları müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...