Anons

Bu gün, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

Bu gün, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Bu gün, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

Bu gün, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Bu gün, 12:34- “Maşınqayırma” kollecini bitirib, Bakı Sağlamlıq Mərkəzində cərrahlıq edir... - İTTİHAM VAR...

Bu gün, 11:23- Ağdamda meydan sulayan məmur KİMDİR? - Prezidentə müraciət olundu

Bu gün, 10:53- Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...

Bu gün, 10:18- Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Bu gün, 10:00- Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Bu gün, 09:35- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Bu gün, 09:11- Dövlət Su Ehtiyatları Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR...

Bu gün, 00:17- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Dünən, 13:38- Şəmkir sakini əlillik dərəcəsi ala bilmir - GİLEY

Dünən, 12:59- Xəstələri şikəst edən `Lor Hospital`… - NARAZILIQ VAR...

Dünən, 12:39- “Pilgrim Education” adlı TƏHSİL TƏLƏSİ... - İTTİHAM VAR...

Dünən, 11:36- Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Dünən, 10:57- `MediClub` tibb ocağıdır, yoxsa? - BU NƏDİ BELƏ?!

Dünən, 09:43- Faşizm üzərində qələbədən 79 il ötür

8-05-2024, 20:27- Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

8-05-2024, 20:05- Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."

Haqqımızda Əlaqə

ÜST: Sentyabrda COVID-19-a yoluxma sayı hamı üçün həyəcan siqnalı olmalıdır

Tarix:17-09-2020, 17:00

ÜST: Sentyabrda COVID-19-a yoluxma sayı hamı üçün həyəcan siqnalı olmalıdır “Sentyabr ayında yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma sayı ilə bağlı qeydə alınan rəqəmlər bizim hamımız üçün həyəcan siqnalı olmalıdır”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe virtual formatda keçirilən mətbuat brifinqində deyib.

“Bu rəqəmlər testlərin daha əhatəli aparıldığını əks etdirsə də, regionda virusun yayılma sürətinin həyəcanverici olduğunu göstərir”, - deyə o bildirib.

ÜST-ün Avropa üzrə ofisinin fövqəladə vəziyyətlə bağlı səlahiyyətli şəxsi Ketrin Smolvud isə deyib ki, koronavirusla bağlı 14 günlük karantin müddəti dəyişdirilməyəcək: “14 günlük karantin tövsiyəmiz xəstəliyin inkubasiya dövrü və ötürülməsi ilə bağlı araşdırmalarımızın nəticələrinə əsaslanır. Bu, yalnız araşdırma nəticələrində hər hansı dəyişiklik olarsa, o zaman yenidən nəzərdən keçirilə bilər”.

H. Kluqe isə vurğulayıb ki, karantin anlayışı qorunmalıdır və ona əsassız dəyişikliklər tətbiq olunmamalıdır.

Qeyd edək ki, Fransada karantin müddəti 7 günə, Böyük Britaniya və İrlandiyada isə 10 günə endirilib. Xorvatiya və Portuqaliya da daxil olmaqla, bəzi Avropa ölkələri bu rəqəmi azaltmağı nəzərdən keçirir.

Xatırladaq ki, Avropa regionunda 53 ölkədə indiyədək təxminən koronavirusa 5 milyondan çox yoluxma halı qeydə alınıb, 227 000 nəfər vəfat edib. ÜST-ün məlumatına görə, hazırda Avropa regionunda gündəlik 40-50 min yoluxma qeydə alınır. Yoluxmanın pik dövrü yaşanan mart və aprel aylarında bu rəqəm 43 000 olub.

Avropada bir gün ərzində rekord yoluxma sayı sentyabrın 11-də qeydə alınıb və bu rəqəm 54 000 olub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...