Anons

Dünən, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

Dünən, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

Dünən, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Dünən, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

Dünən, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

Dünən, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Dünən, 14:09- Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

Dünən, 13:09- Yeni qərar maaşların artımına səbəb olacaq? - AÇIQLAMA

Dünən, 12:44- Ağstafanın icra başçısının adı məhkəmə qalmaqalında – 194 minlik mənimsəmə

Dünən, 10:58- "Azərelektrikşəbəkətikinti" daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT

Dünən, 10:40- Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Dünən, 09:13- Qazaxda tarixi abidə XARABA QALIB - AXI NİYƏ?

Dünən, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

10-05-2024, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

10-05-2024, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

10-05-2024, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

10-05-2024, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

10-05-2024, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

10-05-2024, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

10-05-2024, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Haqqımızda Əlaqə

Dünyada koronavirusa yoluxma halları 15 milyonu, sağalanların sayı 9 milyonu ötüb

Tarix:22-07-2020, 12:56

Dünyada koronavirusa yoluxma halları 15 milyonu, sağalanların sayı 9 milyonu ötüb Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 15 milyon nəfəri, sağalanların sayı isə 9 milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verilir ki, iyulun 21-də dünyada koronavirusa 239 min 113 nəfər yoluxub, 5 min 678 həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxanların sayı 15 milyon 101 minə, ölənlərin sayı isə 619 min 647 nəfərə çatıb. Eyni zamanda, 9 milyon 118 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 5 milyon 363 min xəstədən 63 min 634-nün vəziyyəti ağır qiymətləndirilir.

Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 67 min 140 nəfər. Beləliklə Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 28 min 569 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 2 milyon 166 min 532 nəfər. Hindistanda 1 milyon 194 min, Rusiyada 783 min, Cənubi Afrika Respublikasında 381,8 min, Peruda isə 362 min nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 144 min 953 nəfər. İlk beşliyə daxil olan Braziliyada 81 min 597, Birləşmiş Krallıqda 45 min 422, Meksikada 39 min 485, İtaliyada isə 35 min 73 nəfər koronavirus səbəbindən həyatını itirib.

Artıq xeyli vaxtdır ki, COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 6,36 faizdir.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən ediblər. Bu il martın 11-də yeni koronavirus infeksiyasının yayılması pandemiya elan olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...