Anons

Dünən, 20:27- Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Dünən, 20:05- Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."

Dünən, 19:27- Ekologiya nazirliyi və icra hakimiyyəti 4 hektar meşəni satmaq istəyir – Prezidentə müraciət edildi (FOTO)

Dünən, 18:37- Ağdamın baş memarının arxasında KİM DAYANIR?-Rayonda Abdulalı Mehdiyev RÜZGARI.... -VİDEO

Dünən, 17:50- Deputat Ülvi Quliyevin oğlunun Londondakı şirkətindən yeni xəbər -Aktivlərini artırıb

Dünən, 15:41- Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Dünən, 15:22- Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Dünən, 14:54- BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Dünən, 14:23- Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır... - İTTİHAM VAR...

Dünən, 13:59- Şəkidə Şəhid anası bu evdə yaşayır... - FOTO, MÜRACİƏT

Dünən, 13:07- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır?

Dünən, 12:37- Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllimdən İTTİHAM

Dünən, 11:48- Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var? - FOTOFAKT

Dünən, 10:55- Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!

Dünən, 10:24- "İnsan həyatına yox, ticarətə üstünlük verirlər..." - ÖZBAŞINALIQ!

Dünən, 09:38- "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...

Dünən, 09:08- "Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciə olundu

7-05-2024, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

7-05-2024, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

7-05-2024, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

Tarix:13-07-2020, 15:31

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir “Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün “Günün Qəhrəmanları” müsabiqəsinə start verir. Müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır.

Müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisləri, marketlərdə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları, ümumilikdə pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.

Müsabiqənin şərtləri:

1) Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır.

2) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.

3) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.

4) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.

5) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.

6) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər [email protected] elektron ünvanına göndərməlidirlər. 7) Sosial media istifadəçiləri də eynilə, hekayələrini [email protected] elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).

Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10 avqustdur. Əlavə suallar yarandığı təqdirdə, [email protected] elektron ünvanına yaza bilərsiniz.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...