Bu gün, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
Bu gün, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
Bu gün, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Bu gün - fevralın 10-da Azərbaycanı rusların və farsların əliylə ikiyə bölən “Türkmənçay” müqaviləsinin bağlanmasından 195 il ötür.
XIX yüzilin başlanğıcında Azərbaycan xanlıqlardan ibarət idi. Azərbaycan xanlarının çoxusu bir-birlərindən qorunmaq üçün qıraqdan özlərinə qəyyum axtarmağa başlamışdılar. Belədə İranla Rusiya fəlakətli durumdan ustalıqla yararlanaraq, Azərbaycanı savaş meydanına çevirdilər.
1813-cü ildə Rusiya ilə İran arasında bağlanan “Gülüstan” sülh müqaviləsinin şərtlərini pozan tərəflər yenidən iki illik savaşdan sonra – 1828-ci il fevralın 10-da bağlanan “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisini Araz çayı sərhəd olmaqla quzeyə və güneyə böldülər.
Müqavilə İrandakı farslaşmış Qacar Xanədanlığı ilə Rusiya İmperiyası arasında imzalandı.
Onu Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Abbas Mirzə xan imzalayıb.
Bununla da yurdumuzun həm güneyində, həm də quzeyində baş verən faciəli olayların yaranması üçün böyük, indiyə kimi davam edən milli fəlakətin özülü qoyuldu.
“Türkmənçay”dan öncə Azərbaycanın ərazisi 410 min kv. km olub. Bu müqavilə ilə Azərbaycan türklərinin bütöv tarixi torpaqları parçalandı və indi də özümüzə gələ bilmirik.
1991-ci ilin oktyabrında tarixi torpaqlarımızın bir parçasında müstəqil Azərbaycan dövlətini qurduq. Bu, bizim üçün indiki durumda böyük sərvətdir. Dövlətimizin olması əslində millətimizin – Azərbaycan türklərinin dünyada varlığının ən ali təsdiqidir.
“Türkmənçay” faciəsi 20 Yanvar, Xocalı qətliamı, ümumən Qarabağ itkisindən bəlkə də min qat ağırdır və həmin hadisələrin yaranmasının başlıca səbəblərindən biridir.
Bu bədnam sənədlə - "Türkmənçay" müqaviləsi ilə ruslar İran ermənilərini Azərbaycan torpaqlarına köçürdülər və başımıza ikiəsrlik bitməyən erməni bəlası açdılar: 1828-ci ilin 10 fevralında Qafqaza erməni toxumu atıldı və ordan Qarabağ müharibələri cücərdi.
“Türkmənçay” müqaviləsinin imzalandığı gün – 10 fevral Azərbaycanın parçalandığı tarix olaraq yaddaşlarda qalmalıdır.