Anons

Bu gün, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Ermənilər köməksiz insanları mağarada güllələdilər - Başlıbel soyqırımının şahidləri

Tarix:18-04-2022, 13:47

Ermənilər köməksiz insanları mağarada güllələdilər - Başlıbel soyqırımının şahidləri Başlıbel qətliamından 29 il ötür.

Ermənilərin xalqımıza qarşı törətdiyi amansız hərbi cinayətlərdən biri də 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndində baş verib. İşğal zamanı kəndin bütün yol keçidləri və cığırlarının ermənilər tərəfindən bağlanması 62 nəfər sakini dağlarda gizlənməyə məcbur edir. Lakin həmin şəxslər cəmi 17 gün gizlənə biliblər. Onlar həmin günlər ərzində yalnız çay suları və təbii bitkilərlə qidalanmağa məcbur olurlar. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi mağaranı aşkarlayıb. Terror aktının növbəti hissəsini həyata keçirirlər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər dinc və silahsız sakin güllələnərək qətlə yetirilib.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu işğaldan azad edilmiş Kəlbəcər rayonunun Başlıbel kəndində olub, faciə baş verən əraziyə baş çəkib, soyqırımdan təsadüf nəticəsində sağ qalan şahidlərin dəhşətli xatirələrini lentə alıb.

Başlıbel soyqırımının şahidi Mahir Cəfərov Trend Tv-yə bildirib ki, ermənilər kəndi işğal edərkən kənd sakini Hüseyn Hüseynovu diri-diri yandırıblar, Qənaət Ağayevi isə işgəncə ilə qətlə yetiriblər. Ümumilikdə 19 kənd sakini Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər.

İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub. Kənddə işğal dövründə 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi, 2 kitabxana fəaliyyət göstərib. İşğal dövründə kənddə olan 25 ədəd yük avtomobili, 2 UAZ, 2 sərnişin avtobusu, 5 traktor, onlarla digər kənd təsərrüfatı texnikası kənd ərazisində qalıb. Kənd sakinlərindən heç kəs evindən heç bir əmlak çıxara bilməyib. Tamamilə mühasirədə qalan sakinlər necə deyərlər can bazarında öz canlarını qurtarmağa çalışıblar. Dağlar sakini olan başlıbellilərin elə son pənah yerləri də dağlar olur.

Qeyd edək ki, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. Kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər Azərbaycan türkləri olub.

Başlıbeldən hazırlanan videoreportajı təqdim edirik.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...