Anons

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Haqqımızda Əlaqə

İbtidai sinif müəllimi Rüxsarə Mirzeyeva: "Dürüstlük və məsuliyyət mənim üçün çox önəmlidir"

Tarix:5-12-2024, 01:30

İbtidai sinif müəllimi Rüxsarə Mirzeyeva: "Dürüstlük və məsuliyyət mənim üçün çox önəmlidir" - Rüxsarə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllimlik fəaliyyətimə 2002-ci ildən başlamışam. Bakı Dövlət Universitetini və Mingəçevir Müəllimlər İnstitutunu bitirmişəm. Fəaliyyət göstərdiyim dövrdə dövlətimiz, Prezidentimiz və Təhsil Nazirliyi tərəfindən əməyim yüksək qiymətləndirilib. 2011-ci ildə qabaqcıl iş təcrübəm respublika səviyyəsində yayılıb. 2012-ci ildə ilin ən yaxşı müəllimi müsabiqəsinə qoşulmuşam. İlin ən yaxşı yüz müəllimidən biri fəxri adını qazanmışam. 2018-ci ildə Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə tərəqqi medalı ilə təltif olunmuşam. Hal-hazırda Bərdə şəhəri, səkkiz nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi və ibtidai siniflər üzrə direktor müavini ikimi fəaliyyətimi davam etdirirəm. Qeyd edim ki, bu sahəyə gəlməyim uşaqlara olan sevgimdən irəli gəldi. Uşaqların gözlərində sevinci gördükdə xoşbəxt oluram və işimə olan sevgim daha da artır.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2002-ci ildən ibtidai sinif müəllimi,2012-ci ildən isə ibtidai siniflər üzrə direktor müavini kimi çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Dəqiqlik, dürüstlük və məsuliyyət mənim üçün çox önəmlidir. Sagirdlərə və çalışdığım kollektivin müəllimlərinə hər zaman nümunə olmağa çalışmışam. Çünki insan öz əməli ilə nümunə olmalıdır. Bundan başqa sadəlik mənim üçün baş tacıdır. Hər bir şagird və valideyn mənimlə öz dərdini və qayğısını rahatlıqla bölüşə bilirlər.
- Ailəlisinizmi?
- Ailəliyəm. Üç övladım var. Böyük övladım İqbal Mirzəzadə Kənd Təsərrüfatı idarəsində baş mühasib olaraq çalışır. İkinci övladım Qoşqar Mirzəzadə Gəncə Dövlət Universitetinin bitirib. Banklardan birində böyük mütəxəssis vəzifəsində işləyir. Qızım Mənzər Mirzəzadə isə Qafqaz Universitetini qırmızı diplomla bitirib. O da MİQ imtahanında rayon birincisi olaraq öz işlədiyim səkkiz saylı tam orta məktəbə ingilis dili müəllimi kimi təyin olunub. Onu da qeyd edim ki, böyük oğlum Mirzəzadə İqbal ikinci Qarabağ müharibəsində könüllü olaraq müharibəyə yollanıb. Müharibə veteranıdır. Bir neçə rayonun azad olunmasında iştirak edib.
- Ən böyük məqsədiniz nədir?
- Ən böyük məqsədim çalışdığım məktəbin şagirdlərini təkcə biliklə təmin etmək yox, onlara əsl vətəndaş olmağı, vicdanlı, ədalətli olmağı aşılamaqdır. Bu işin də öhdəsindən layiqincə gəldiyimi düşünürəm. Şagirdlərimin uğurları məni sevindirir. Onu da qeyd edim ki, ibtidai sinifdə dərs dediyim 11 "B" sinfi bu il qəbul imtahanda yüz faizlik nəticə göstərib. Heç biri imtahandan kəsilmədən respublikanın ən yaxşı universitetlərinə qəbul olublar. Bu da böyük bir uğurdur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İnsanların yalançılığı və məsuliyyətsizliyinə "yox" deyirəm. Yalan danışan və məsuliyyəti olmayan bir şagirdin gələcəkdə heç bir uğurundan danışmaq olmaz.
- Müəllimlik fəaliyyətindən başqa bir işlə məşğul olursunuzmu?
- Bəli, uzun müddətdir ki, Azərbaycan Respublikası Təhsil İnstitutunun təlimçisiyəm. Ölkənin daxilində istər müəllimlərə, istər direktor və müavinlərə müəyyən mövzularda təlimlər keçirəm.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Müəllimlik peşəsi elə bir peşədir ki, burada başqalarının uğuruna daha çox sevinirsən. Dərs dediyim uşaqlar ali məktəbə daxil olanda onların sevinclərini təbii ki, şərik oluruq. Amma ağlıma gəlməzdi ki, onlar sevinclərini ilk olaraq öz ibtidai sinif müəllimləri ilə bölüşəcəklər. O sevinci heç nə ilə ölçmək və əvəz etmək mümkün deyil. Heç vaxt inanmazdım ki, bu qədər xoşbəxt olaram.

Əlaqə nömrəsi: (050) 660 35 33

İbtidai sinif müəllimi Rüxsarə Mirzeyeva: "Dürüstlük və məsuliyyət mənim üçün çox önəmlidir"
İbtidai sinif müəllimi Rüxsarə Mirzeyeva: "Dürüstlük və məsuliyyət mənim üçün çox önəmlidir"
İbtidai sinif müəllimi Rüxsarə Mirzeyeva: "Dürüstlük və məsuliyyət mənim üçün çox önəmlidir"
İbtidai sinif müəllimi Rüxsarə Mirzeyeva: "Dürüstlük və məsuliyyət mənim üçün çox önəmlidir"
İbtidai sinif müəllimi Rüxsarə Mirzeyeva: "Dürüstlük və məsuliyyət mənim üçün çox önəmlidir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...