Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
- Zinyət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlara olan sevgim, onlara olan marağım mənim bu sahəni seçmək səbəbim olub. Özüm də şagird olduğum dövrdə düşünürdüm ki, şagirdlərə düzgün yanaşırlarsa, onlarla ünsiyyət doğru qurularsa, həm şagirdlər şəxsiyyət kimi formalaşar, həm də öyrənməyə maraq böyük olar. Uşaqlıqdan anlayırdım ki, hansı müəllimi çox seviriksə, onun dərsinə daha çox maraq göstəririk. Mən də ibtidai sinif müəllimi olub, daha yaxşı şagirdlər yetişdirmək, onların qəlbinə yol tapıb, oxumağa həvəs yaratmaq, xalqımıza, dövlətimizə faydalı şəxsiyyət yetişdirmək qərarına gəldim. Çünki ibtidai sinif müəllimindən şagirdlər həm təlim, həm də tərbiyə öyrənirlər.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 25 ildir ki, ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Şagirdlərimin gündəlik fəaliyyətini işıqlandırmağa çalışıram. Yenilikləri araşdırıb, şagirdlərimlə bölüşürəm. Onların daha çox biliyə və bacarığa yiyələnməsi üçün çalışıram. Onların vətənpərvər ruhda böyüməklərinə köməklik göstərirəm. Şəhid və qazı ailələrinə tez-tez ziyarətlər təşkil edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox sertifikasiyaya müəllim hazırlığı ilə bağlı müraciətlər olur. Mən də əlimdən gələn köməkliyi edirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Şagirdlərə özünü reklam xatirinə göstərilmiş qayğıya yox deyirəm. Bəzən pedaqoqlar özlərini reklam etmək xatirinə şagirdləri əzizləyirlər. Bu da çox süni görünür. Bir də ki, ibtidai siniflərdə summativ qiymətləndirilməyə qarşıyam. Yaxşı olardı ki, birinci siniflərdə olduğu kimi, ikinci və üçüncü siniflərdə də summativ qiymətləndirilmə ləğv edilərdi. Onların bacarıqlarının inkişafına üstünlük verilərdi. Summativ qiymətləndirilmə yalnız dördüncu siniflərdə təşkil olunsaydı, məncə, daha yaxşı nəticə verərdi.
- Xarakter olaraq necə birisiniz?
- Tələbkar, çalışqan biriyəm. Ən əsası isə işimi vicdanla işləməyi hər şeydən üstün tuturam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir qızım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Elə bir dövrdə yaşayırıq ki, hər zaman öyrənmək ehtiyacı hiss edirik. Zamanla ayaqlaşmaq üçün çox çalışaq. Övladlarımız üçün canlı motivasiya qaynağı olaq. Onlar bizi çalışqan görüb, həyatı belə dərk etsinlər. Çünki uşaq nəyi görürsə, onu yerinə yetirir. Özümüz necə olsaq, övladlarımız da, şagirdlərimiz də o cür formalaşacaq.
Əlaqə nömrəsi: (050) 968 53 44