Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Baş verən hadisələrin üstündən illər keçir. Amma hər gözümü yumduğunda dünən baş vermiş kimi xatırlayıram hər şeyi. Bir zaman real olan bu hadisələr yuxu cildinə bürünərək məndən əl çəkmir .
Hər kəsin unutmaq istədiyi bir keçmişi var və yaxud unutmaq istədiyi hadisə, kimsə. Mən də unutmaq istədim. Gördüyüm yuxular isə mənə nə yaşadıqlarımı, nə də etdiyim günahı unutmağa imkan verir.
Ölüm hər şeyə deyil, amma çox şeyə son qoya bilər. Məndə bir zamanlar buna inanırdım. Evimizdeki münaqişələrə, çığırtılara, soyuq münasibətlərə və daha nələrə son qoyacağına inanırdım və bunun üçün dua edirdim.
Bir gün televiziyaların birində belə bir reportajla qarşılaşmışdım. Psixoloqların araşdırmalarına görə bir övladın həyatına, onun tərbiyəsinə ata və anadan savayı onlar arasındakı münasibətlər də təsir göstərir. Əgər bu münasibətlər kəskin, sərt, dava-dalaş, təlatüm, təzyiq, qorxu içindədirsə bu həmin fərd üçün bir travmadır. Və onun gələcək həyatı təhlükəlidir. Ən çox müşahidə olan hal isə özünəqapanıqlıq və özgüvənsizlikdir. Bunları bildikdən sonra şəxsi həyatımda, iş həyatımda, yoldaşlıqda aldığım yanlış qərarların və etdiyim səhvlərin nədən qaynaqlandığını çox gözəl anlaya bildim və özümü günahlandırmağı buraxdım. Uşaqlığıma qayıtdım. Atamla anam arasında olan münasibətlər o dərəcəyə çatmışdı ki, mən atamı artıq görmək belə istəmirdim, onun gəlişi artıq hamımıza sevincdən çox kədər gətirirdi. Anama etdiyi zülmlər, mənim zehnimə o qədər böyük zərbə vurmuşdu ki, hələ də anamı qanlar içində təsəvvür edirəm onu yuxularımda da xoşbəxt təsəvvür edə bilmirəm.
Biz A... kəndində yaşayırdıq. Burda yaz ayları bir başqa cür olur. Havanın təmizliyi, quşların nəğməsi, ağacların sıx olması, bulaqların bol olması kəndə ayrı bir gözəllik verirdi. Buna görə kəndimizə yaz və yay aylarında istirahətə gələnlərin sayı çox olurdu. Evimiz kəndin ayağında yerləşirdi. Həyətimizdə babamın əkdiyi ağacların sıxlığından, üzüm çardağından evimiz görsənmirdi. Yaz aylarında həyətimiz ayrı bir gözəlliyə bürünürdü. Meyve ağaclarımız müxtəlif rənglərdə çiçək açmışdılar. Bununla yanaşı yasəmən, qızılgül və anamın dibçək gülləri həyətimizi daha da gözəlləşdirir, sanki gül baxçasına çevirirdi. Anamın bu güllərə və ağaclara olan məhəbbəti onları daha da gözəlləşdirir və tez böyüməsinə səbəb olurdu. . Buna görə də kiçik qardaşım və bacımla oynarkən burdakı gülləri və ağacları incitməkdən çox ehtiyat edərdik. Evimizin yanında kiçik bir butka var idi. Köhnə əşyalarımızı, taxta və demir avadanlıqlarımızı orada saxlayardıq. Atama hansısa əşyası lazım olduğunda məni ora göndərərdi. Lakin butkanın vahiməli qaranlığı məni ora girməkdən çəkindirirdi və qorxudurdu.
Cümə günü idi. Bu gün son dərs günü olduğundan heç yerimdən qalxıb dərsə getmək istəmirdim. Hava da sanki dolub ağlamağa hazır olan uşaqlar kimi idi. Toxunsan dayanmadan yağardı. Amma bu gün rəsm dərsi olduğundan həvəslə eynimi geyinib dərsə yollanmağa başladım. Uşaqlığımdan rəsm çəkməyə böyük həvəsim var idi. Çəkdiyim rəsmləri böyük bir həvəslə atama göstərərdim o isə bəyənməyib üstümə tullayardı. “Şəkil çəkmək nə vaxt kişi işi olub” deyən gündən əlimə karandaşları almadım . Ta ki rəsm dərnəklərinə qatılana qədər. Lalə müəllimə məni yenidən rəngli uşaq dünyama, rəsmlərə qaytardı. Çəkdiyim rəsmləri bəyənər və mənim çox istedadlı olduğumu söyləyərdi.
O gün Lalə müəllimə dərsdə çəkmək üçün sərbəst mövzu verdi. Hərə bir şəkil çəkdi. kimi göyün üzünü və yağışı , kimi ailəsini , kimi robot və s. Mənim isə ağlıma ilk gələn baxçamız oldu. Yaz aylarında ağaclarımızın açdığı çiçəkləri, güllərimizi və bunların arasında gülümsəyərək əlində dibçək tutan anamı təsvir etdim. Müəllimim rəsmimi çox bəyəndi və evə gedərkən bu rəsmi çərçivəyə almağımı dönə dönə tapşırdı.
Zəng vuruldu və bu şəkli anama göstərib çərçivədən asmasını söyləmək üçün səbirsizlənirdim. Qapıdan içəri girdiyimdə anamı səslədim və evə girdim. Hər şey dağınıq vəziyyətdə idi. Döşəmədə içki şüşəsinin qırıltıları, çilik çilik olmuş güzgü , divanın döşəmənin üstünə atılmış paltarlar və bacımın ən çox sevdiyi gəlinciyi. Bu gəlinciyi heç buraxmazdı, hətta yatanda da onu da yanından ayırmazdı.
Artıq vəziyyəti başa düşmüşdüm. Anam qardaşım və bacımı da götürüb getmişdi. Məni necə buraxıb gedə bilərdi? Heç mi məni düşünmədi? Həmin an anladım kimsəsiz və tək olduğumu, içimdə bir şeylərin qırıldığını və sonsuz boşluğu. Yerə yıxılıb bacımın gəlinciyini qucaqladım və hönkür-hönkür ağladım . Atamın “Bəsdir ağladın, heyvərə oğlu heyvərə” dediyini belə zor eşitdim.
Beləcə neçə saat keçdiyini anlamadım. Gözümü divardakı qara nöqtəyə zilləyib dayanmışdım. Və bu an atamın ayaq səslərini eşitdim. Boğula-boğula içəri daxil oldu. O,bronxial asma xəstəliyindən əziyyət çəkirdi və hər zaman “ventalin” preparatını üzərində gəzdirərdi. Bu dəfə onu hardasa unutmuşdu. Vəziyyəti getdikcə ağırlaşmağa başladı. Əgər onu tapmazsa bu həyatının sonu demək idi. Belə bir hal bir dəfə də baş vermişdi onda çox qorxmuşdum. Amma indi isə sadəcə dayanib onun çırpınışlarını və məndən kömək uman gözlərinə baxdım. Onu heç bu qədər çarəsiz görməmişdim. Sadəcə dayanıb onun ölümünü izlədim. 12 yaşında bir uşaq bunları necə sakit kənardan izləyə bilərdi? Həmin an mənə nə baş vermişdi? Kin, nifrət qəzəb bu qədər gözümü tutmuşdu. Bilmirəm. Amma o gün mən çox şeyi itirdim... sevgini, mərhəməti, qayğını, xoşbəxt olmağı, ailəni...
Atamın baxışları, anamın yalvarışları, bacı və qardaşımın göz yaşları bir sözlə yaşanılan hər bir şey bir kabus kimi yuxularımdadı. Və o gün çəkdiyim rəsmi çərçivəyə alaraq divardan asdım. O günlərdən qalan tək xatirə kimi...
Müəllif: Səbinə Yaşar