Anons

Bu gün, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Haqqımızda Əlaqə

Nazirliyin 682.000 manatlıq satınalmasını udan şirkət kimindir?

Tarix:12-02-2024, 11:57

Nazirliyin 682.000 manatlıq satınalmasını udan şirkət kimindir?

Nazirliyin 682.000 manatlıq satınalmasını udan şirkət kimindir?

Energetika Nazirliyi 2023-cü ilin dekabr ayının 29-da "Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.Az xəbər verir ki, bu satınalmanın məbləği 682.000 manat, qalibi isə "ENERGAZER” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1604472151) olub.
Nazirliyin 682.000 manatlıq satınalmasını udan şirkət kimindir?

"ENERGAZER” MMC 2021-ci ilin avqust ayının 23-də dövlət qeydiyyatına alınıb.

10 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ev 15/21, mənzil 25 ünvanı, qanuni təmsilçisi isə Süleymanov Hüseyn Cabar oğlu olub.
Nazirliyin 682.000 manatlıq satınalmasını udan şirkət kimindir?

Energetika Nazirliyinin tenderində qalib elan edilməmişdən 2 ay əvvəl Süleymanov Hüseyn Cabar oğlu "ENERGAZER” MMC-nin qanuni təmsilçisi vəzifəsindən uzaqlaşdırılaraq yerinə Məcidli Mikayıl Süleyman oğlu təyin edilib.

Məcidli Mikayıl Süleyman oğlu bu şirkətdə qanuni təmsilçisi təyin edildikdən sonra təsis olduğu 2 il müddətində dövlət büdcəsindən maliyyələşən heç bir qurumun satınalmasında qalib ola bilməyən "ENERGAZER” MMC 2 ay sonra Energetika nazirliyinin 682 min manatlıq tenderində qalib elan edilib.

Məcidli Mikayıl Süleyman oğlu "ENERGAZER” MMC-nin qanuni təmsilçisi vəzifəsinə təyin edilməmişdən 7 ay öncə - 2023-cü ilin yanvar ayında "Caspian Energy Club"un Türkiyədəki nümayəndəliyinə - "Caspian Energy Turkiye"in sədri vəzifəsinə gətirilib.

"Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyevdir.
Nazirliyin 682.000 manatlıq satınalmasını udan şirkət kimindir?

Hazırda Məcidli Mikayıl Süleyman oğlu "ENERGAZER” MMC-nin qanuni təmsilçisi olmaqla yanaşı, eyni zamanda Telman Əliyevin baş icraçı direktoru olduğu "Caspian Energy Club"un Türkiyədəki nümayəndəliyinə rəhbərlik edir.
Nazirliyin 682.000 manatlıq satınalmasını udan şirkət kimindir?

Telman Əliyevin baş icraçı direktoru olduğu "Caspian Energy Club"la Energetika Nazirliyi sıx əməkdaşlıq edir.
Eyni zamanda, şirkətlə Energetika Nazirliyinin birgə daimi işçi qrupu da var.

İddialara görə, "ENERGAZER” MMC-nin Energetika Nazirliyinin 682 min manatlıq tenderində qalib seçilməsində "Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyevlə nazirliyin rəhbər şəxslərinin şəxsi münasibətlərinin olmasıdır.
Nazirliyin 682.000 manatlıq satınalmasını udan şirkət kimindir?


Qlobal.az məsələ ilə bağlı Energetika Nazirliyindən mövqe öyrənib.

Nazirliyin açıqlamasında deyilir: "Energetika Nazirliyi tərəfindən elan edilmiş "Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" təkliflər sorğusunda dörd iddiaçı tərəfindən təklif təqdim edilmiş və formal tələblərə uyğun olan və ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı "ENERGAZER” MMC qalib elan edilmişdir".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...