Anons

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

İngilis-dili müəllimi Sevil Atakişiyeva: "Biz gələcəkdəki cəmiyyəti formalaşdırırıq"

Tarix:22-12-2023, 23:04

İngilis-dili müəllimi Sevil Atakişiyeva: "Biz gələcəkdəki cəmiyyəti formalaşdırırıq" - Sevil xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Bu sahəyə marağım çox kiçik yaşlarımdan başlayıb. Beş yaşım olarkən böyük qardaşım üçün evə ingilis dili-müəllimi gəlirdi. Mən daim onların dərslərini maraqla dinləyirdim. İngilis dili müəllimi mənim kummirimə çevrilmişdi və mən də gələcəkdə onun kimi olmaq istəyirdim. Daha sonra həmin müəllimə mənə də dərs keçməyə başladı. Nəticədə bu səhəyə yiyələndim.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Mən müəllimlik kariyerama universitet illərimdən başlamışam. Hazırda artıq 3 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- İş prinsipim təkcə dərs tədris etmək deyil, bununla bərabər cəmiyyət üçün sağlam düşüncəli fərdlər yetişdirməkdir. Yeri gəldikdə həyati məsələləri də müzakirə edib fikir mübadilələri aparmaqdır.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mənim ixtisasım geniş sahəni əhatə etdiyinə görə burada gördüyüm işlər çoxdur. İlk növbədə azyaşlılarla Cambridge proqramı barədə məlumat vermək istəyirəm. Bu proqram məktəblilər üçün nəzərdə tutulub. Şagirdlər tədris ilinin sonunda Beynəlxalq Cambridge sertifikatı əldə etmək üçün imtahanlarda iştirak edirlər. Bu barədə bir çox nəticələrim də var və bunları valideyn və şagirdlərlə daim bölüşürəm. Daha sonra müəllimlər üçün ödənişsiz etdiyim vebinarlar var.Bu vebinarlarda mən iştirak etdiyim xarici vebinarlardan əldə etdiyim məlumatlar nümayiş olunur. Yeni təlim metodları və imtahanları barədə geniş məlumat verilir. Həmçinin bu vebinarlarda çox sevindirici haldır ki, valideynlər də aktiv iştirak edirlər.İştirakçıların vebinardan geridönüşlərini də öz səhifəmdə paylaşmışam. Bir sonrakı fəaliyyət mənim instagram və youtube səhifələrimdəki video paylaşımlarımdır. Videoları monoton deyil, təbiət əhatəsində və ya gündəlik həyatda istifadə edə biləcəyimiz tərzdə çəkib paylaşıram. Müxtəlif vəsaitlər üzərində çalışıram.Bu vəsaitlər azyaşlıların dil öyrənməsini həm maraqlı həm daha asan edir. Vəsaitlərimin hər biri haqda məlumatları öz səhifəmdə paylaşmışam. Eyni zamanda bu aralar Kanadada təhsil mövzusu da mənim üçün aktualdır.Özüm təhsilimə orada davam etdirəcəm və ona görə də bu barədə ətraflı məlumat toplamışam. İnşallah yaxın zamanda bu barədə də videolar, vebinarlar təşkil edəcəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlarda ən çox müraciət müəllimlər üçün təşkil etdiyim vebinarlarla bağlıdır.Bu vebinarların sonunda bütün müəllimlər lazımlı kitabların və dərsliklərin pdf formalarıyla təmin olunurlar. Həmçinin vebinardan sonra vaxtında qoşula bilməyən müəllimləri də düşünmüşəm onlara daha sonra vebinarın video formasını göndərirəm.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Şagirdləri yoran, şagirdlərin yükləndiyi, şagirdlərin zövq almadığı dərs mühitinə "yox" deyirəm.Çünki bir müəllim kimi bizim vəzifəmiz təkcə tədris etməkdən ibarət deyil, həm də onların psixologiyasını başa düşməkdir.

- Xarakter olaraq necə birisiniz?

- Normalda xarakter baxımından səbrsiz olsam da, şagirdlərlə dərs zamanı dünyanın ən səbrli insanına çevrilirəm.Tələbkarlığımla bərabər humanist biriyəm. Qarşıma hansısa məqsəd qoydumsa mütləq sonuna kimi çatmalıyam. Daim yeniliklərə açıq biriyəm. Ekstravert insanam ona görə hər xarakter tipində olan insanlarla tez zamanda ünsiyyət qura bilirəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Nə olursa olsun, daim öz məqsədlərinin ardıyca getsinlər. Ən əsası da hansı işlə məşğulsunuzsa, işinizi vicdanla görün. Çünki biz gələcəkdəki cəmiyyəti formalaşdırırıq.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər yorucu, eyni zamanda da zövqlü bir peşəyə yiyələnəcəyəm.

Instagram: english.time.with.me

İngilis-dili müəllimi Sevil Atakişiyeva: "Biz gələcəkdəki cəmiyyəti formalaşdırırıq"
İngilis-dili müəllimi Sevil Atakişiyeva: "Biz gələcəkdəki cəmiyyəti formalaşdırırıq"
İngilis-dili müəllimi Sevil Atakişiyeva: "Biz gələcəkdəki cəmiyyəti formalaşdırırıq"
İngilis-dili müəllimi Sevil Atakişiyeva: "Biz gələcəkdəki cəmiyyəti formalaşdırırıq"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...