Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

İşçinin hüquqları pozulur... O İSƏ... - MÜRACİƏT

Tarix:23-12-2023, 10:35

İşçinin hüquqları pozulur... O İSƏ... - MÜRACİƏT “Azəriqaz” İstehsalat Birliyinin keçmiş əməkdaşı Nağı Allahverdi Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Energetika Nazirliyinə, Auditorlar Palatasına, Ədliyyə Nazirliyinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Ali Məhkəməyə, İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsmana, Həmkarlar İttifaqlarına, Məhkəmə-Hüquq Şurasına, Konstitusiya Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə, eləcə də Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına müraciət edir. Onun məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Yazaraq bildirirəm ki, “Azərqaz” İstehsalat Birliyinin baş direktoru Əliyev Ruslan və birliyin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirli məni Əmək Məçəlləsinin 74-cü maddəsi ilə işdən uzaqlaşdırıblar. 2-ci dərəcəli əliləm. 23 noyabr 2022-ci ildə xərçəng xəstəliyndən ağır əməliyyat keçirdikdən sonra, 30 aprel 2023-cü ilədək xəstəliyə görə məzuniyyətdə olmuşam. 1 may 2023-cü ildən 18 sentyabradək fasiləsiz şəkildə işimdə olub, əmək fəaliyyətimi davam etdirmişəm.

18 senyabrda xəstəliyə görə məzuniyyətdə olmağıma baxmayaraq, saxta əmrlə əmək müqaviləmə xitam verilib. Məzuniyyətdə olduğum vaxt əmrimi verməklə Əmək Məcəlləsinin 79-cu maddəsi kobud şəkildə pozulub.

Azərbaycan Respublikasının əlillərlə bağlı qanunlarını əsas tutaraq, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim etdim. Məhkəmə tərəfindən cavabdeh olan “Azərqaz” saymamazlıq edib, məhkəməyə gəlmədi. Noyabr ayının 4-də və 23-də olan iclaslara qatılmadılar. Dekabrın 18-də olan iclasa gəldilər, ancaq hakim iddiamda qeyd etdiklərimə laqeyd yanaşaraq, cavabdeh tərəfdən izahat almadan sənədimdəki “əmək qabiliyyətli deyil” sözünü əsas saydı. Ekspertiziyaya getməyimlə bağlı qərar verdi.

Hakim Samirə Eyvazovaya “bu qərarə niyə verdiniz” demirəm, mənim problemim odur ki, “niyə məzuniyyətdə olduğum halda 74-cü maddəylə işdən çıxarılmağıma məhəl qoyulmadı”?! Təbii ki, hakim məsələni araşdırmağa niyəsə ehtiyac duymadı? Mən izahatımda bildirmişdim ki, işdən uzaqlaşdırılma səbəbini öyrənmək istəyirəm. Hakim Əmək Müfəttişliyinə sorğu verib öyrənməliydi ki, 2-ci dərəcəli əlilliklə işləmək olar, ya yox?! Lakin o, bunu etmədi.

Cənab Prezident!

Hər çıxışınızda qeyd edirsiniz ki, “şikayəti mənə bildirin, artıq vəziyyət dəyişib”. Amma əllillərin işləməyinə icazə verilmir. Dəyişmək var, amma yaxşılığa doğru getmir.

Dəfələrlə sosial şəbəkələrdə “Azərqaz”la bağlı şikayətlərimi yazsam da əhəmiyyət verən qurum yoxdur. Onlar biz vətəndaşların hüquqlarını pozmaqla yanaşı, prezident olaraq sizin də gördüyünüz işlərə kölgə salır”.

Məsələ ilə bağlı “Azərqaz”la əlaqə saxlaya bilmədik, zəngimiz cavabsız qaldı.


Mənbəi: Hurriyyet.az
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...